Sosial
Nəcməddin Sadıkov Türkiyədə dindirilib?
Məşhur “Middle East Eye” portalında Ermənistan və Azərbaycan arasında Vaşinqtonda əldə olunan sülh razılaşması barədə yazı dərc olunub.
Publika.az Qafqazinfo-ya istinadla xəbər verir ki, portalın Türkiyə bürosunun rəhbəri Ragıp Soylunun müəllifi olduğu yazıda Rusiyanın Ermənistanla Azərbaycan arasında sözügedən razılaşmaya mane ola bilib-bilməyəcəyi sualı qaldırılıb.
Türkiyəli jurnalist, həmçinin məqalədə Türkiyənin 44 günlük müharibədə Azərbaycana göstərdiyi dəstəkdən bəhs edib.
O bildirib, İkinci Qarabağ müharibəsi dövründə Ankara Azərbaycana döyüş PUA-ları, radioelektron mübarizə sistemləri və kəşfiyyat avadanlıqları göndərməklə yanaşı, Azərbaycan ordusunun sıralarında Rusiyapərəst elementləri aşkar edərək sıradan çıxarmaqda da iştirak edib.
Qeyd edilib ki, bu şəxslərdən biri də Azərbaycan Silahlı Qüvvələrinin o vaxtkı Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovdur.
Belə ki, məlumata əsasən, 2020-ci ildəki 44 günlük müharibə zamanı Nəcməddin Sadıkov Türkiyə xüsusi xidmət orqanları tərəfindən dindirilib.
Məsələ ilə tanış olan mənbə portala bildirib ki, Türkiyə rəsmiləri müharibə dövründə onun kənarlaşdırılmasını təşkil edib, Türkiyəyə apararaq generalı dindirib. Yalnız bundan sonra onun Rusiyaya qayıtmasına icazə verilib.
Qeyd edək ki, N.Sadıkov 2021-ci ildə Azərbaycan ordusunun Baş Qərargah rəisi vəzifəsindən azad edilib. Sonradan DTX-də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət təqibi başlanılıb, dəfələrlə müxtəlif məhkəmə proseslərində adı hallanıb.
General sonuncu dəfə 2024-cü ilin payızında uzun fasilədən sonra Binə Atçılıq Mərkəzində yarış izləyərkən görüntülənib.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)





.jpg)






.jpg)

.jpg)







