Sosial
Vahid Əhmədov Sadıkovla bağlı sensasion fakt açıqladı - VİDEO
Sabiq deputat Vahid Əhmədov MediaTürk TV-nin qonağı olub.
Publika.az modern.az-a istinadən xəbər verir ki, Vahid Əhmədovun TV-nin efirindən Azərbaycan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı səsləndirdiyi fikirlər diqqət çəkib.
Vahid Əhmədov qeyd edib ki, Nəcməddin Sadıkov vaxtilə Ukraynadan alınan silahlarla bağlı mərhum Prezident Heydər Əliyevə yanlış informasiya verib:
“Bizim üçün bu gün əhəmiyyət kəsb edən məsələlərdən biri də Ukrayna ilə bağlıdır. Ukraynanın Azərbaycana münasibəti həmişə yaxşı olub. 1993-cü ildə rəhmətlik Ulu Öndər hakimiyyətdı idi, mən də Baş nazirin birici müaviniydim. Müdafiə ilə bağlı iclas keçirir və burada Ukraynadan silah gətirilməsini müzakirə edirdik. Həmin dövrdə Rusiya bizə silah vermirdi, çətin idi. Müəyyən silahlar çatışmırdı. Onda Ulu Öndər mənə dedi ki, “eşitmişəm sənin Ukraynanın Baş naziri ilə əlaqən yaxşıdır. Oradan təşkil edək, silah gətirək”. Mən də Ukrayna tərəfinin fikirlərini öyrəndim. Onlar razı olduqlarını, əvəzində pul istəmədiklərini dedilər və bunun müqabilində yanacaq istədilər. Müdafiə nazirinə zəng edib lazım olan silahların siyahısını istədim. Siyahını götürüb ora getdik. 100-ə yaxın silah, tank və başqa - nə vardı daşıdıq gətirdik Azərbaycana. Onlar bizə belə bir kömək etdilər, əvəzində biz də yanacaq verdik.
Sonra görün, nə oldu? Deməli, cənab Prezidentin iştirakı ilə gedən iclasda dedilər ki, Ukraynadan gətirilən tanklar bizim ərazidə işləmir. Onda rəhmətlik Ulu Öndər dedi ki, “Vahid müəllim, bu nədir, necə yəni?”. Mən də dedim ki, vallah özləri nə sifariş veriblərsə, onu da gətirmişəm. Nəcməddin Sadıkov da ordaydı, dedi ki, yox biz onları sifariş verməmişik. Bir dəqiqəliyə icazə istədim, getdim məktubu gətirib stolun üstünə qoydum. Dedim, nə sifariş veriblərsə, buradadır. Onda Ümumilli Lider, onlara çox təpindi, dedi, bu nə ayıbdır, utanmırsınız?! Nə sifariş vermisiniz, onu da gətiriblər”.
-
Dünya01:407,2 bal gücündə zəlzələ oldu: yaralı sayı artdı - YENİLƏNDİ
-
Qoroskop01:20Günün ulduz falı: Özünüzə güvəniniz artacaq
-
Magazin18 Dekabr 23:35"Həbsdə olanda bu anı xəyal etmişdim" - Rəqsanə ağladı
-
İdman8 Dekabr 22:16İran şokda: DÇ-2026-da millinin oyunu LGBT-yə həsr olunacaq
-
Sosial8 Dekabr 22:04Yeni ildə neçə gün iş olmayacaq?
-
Avropa8 Dekabr 21:13Bu ölkə COVID dövrünə qayıda bilər - Əhaliyə maska xəbərdarlığı
-
Sosial8 Dekabr 20:30Azərbaycanda bu ərazidə sürüşmə aktivləşdi: Ətrafdakı tikililər üçün TƏHLÜKƏ - FOTO
-
İdman8 Dekabr 20:05Vernidub Bakıya gəldi, “Neftçi” ilə anlaşdı - Müqavilənin detalları











.jpg)





.jpg)






.jpg)

.jpg)







