Bulvarda attraksionlar yenidən açılır
Bizi izləyin

Sosial

Bulvarda attraksionlar yenidən açılır

Bakının Dənizkənarı Milli Parkındakı attraksionlar yenidən fəaliyyətə başlayır.

Publika.az Modern.az-a istinadla xəbər verir ki, bir müddət əvvəl istismar müddəti başa çatdığı və təhlükəsizlik tələblərinə cavab vermədiyi üçün fəaliyyəti dayandırılan attraksionlar yenilənib.

Hazırda sözügedən ərazidə tamamilə yeni, beynəlxalq standartlara cavab verən, müasir və təhlükəsiz attraksionlar quraşdırılıb.

İctimai rəyi və təhlükəsizlik amilini nəzərə alan idarə attraksionların yenilənməsi istiqamətində müvafiq işlər görüb.

Dənizkənarı Milli Parkın ənənəvi əyləncə zonası bu gündən yenidən ziyarətçilərin ixtiyarına veriləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm