Sosial
Təcili yardım briqadası doğuşu evdə icra etməli oldu - FOTO

Xəzər rayonunda çağırışa gedən təcili tibbi yardım briqadası doğuş prosesini evdə icra etmək məcburiyyətində qalıb.
TƏBİB-dən verilən məlumata görə, çağırış ünvanında təcili tibbi yardım heyəti tərəfindən 38 həftəlik hamilə olan 27 yaşlı qadının doğuş prosesi idarə olunub. Doğuşun ilkin mərhələsi birbaşa yaşayış ünvanında baş verib, daha sonra isə proses təcili tibbi yardım avtomobilində nəzarətdə saxlanılıb.
Təcili tibbi yardım briqadası tərəfindən ana və yenidoğulmuşa zəruri ilkin tibbi yardım göstərildikdən sonra müvafiq tibb müəssisəsinə təxliyə olunub.
Hazırda ana və körpənin müalicəsi Xəzər Tibb Mərkəzində davam etdirilir. Körpə oğlandır, çəkisi 3 kq. 150 qr., boyu 50 sm-dir. Hər ikisinin vəziyyəti qənaətbəxş qiymətləndirilir.

-
Sosial15:57
Azərbaycan əhalisinin sayı artdı
-
Sosial14:17
Əli Əsədovdan taksilərlə bağlı QƏRAR
-
Dünya13:00
Trampdan sirli açıqlama: Avropada bəyənmədiyi liderlər kimlərdir?
-
Dünya11:53
Ərdoğanın Meloniyə siqaretlə bağlı tövsiyəsi dünya mətbuatını silkələdi
-
Rəsmi xronika11:13
İlham Əliyev Misir səfərindən paylaşım etdi
-
Nida Xəbər 10:46
Əli Əsədov əmr imzaladı
-
Dünya10:20
Bu ölkədə böhran: Prezidentin hara qaçdığı bəlli oldu
-
Hadisə10:03
Bakıda dövlət qurumunun əməkdaşları döyüldü - VİDEO