Sosial
Bakının iki rayonunda böyük söküntü başlayır

Bakı şəhərinin Sabunçu və Suraxanı rayonları ərazisində yerləşən istismar müddəti bitmiş qəzalı binaların söküntü işləri aparılacaq.
Publika.az Trend-ə istinadən xəbər verir ki, söküntü işləri Sabunçu rayonunun Q.Vəzirov küçəsi, döngə 2, bina 5 və 6, Sabunçu rayonunun Y.Qasımov küçəsi, ev 39 və Suraxanı rayonunun Xanlar Ələkbərov küçəsi, ev 43 ünvanlarında yerləşən istismar müddəti bitmiş qəzalı binaları əhatə edəcək.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi söküntü işlərinin təşkilinin layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı müvafiq işlərə yekun vurub.
Qurum sözügedən işlərin icrasını "Global Engineering Management Company" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.
Müqaviləyə əsasən, şirkətə 21 948 manat ödənilib.
-
İdman13:43
Məşhur futbolçunun xoşbəxt etdiyi rus gözəl - FOTOLAR
-
Sosial13:26
DİN-ə yeni səlahiyyət verildi
-
MDB12:42
Rusiyada güclü partlayış: Ölü sayı artdı, matəm elan edildi - Video/Yeniləndi
-
İdman11:55
Elvin Cəfərquliyev Qurban Qurbanovu özündən çıxardı: Belə reaksiya görməmişdiz - VİDEO
-
Sosial11:52
Azərbaycanda pensiya məbləği artırılır - Bu qədər olacaq
-
Avropa10:44
Restoranlardan 1100-dən çox stul oğurlayan dəstə saxlanıldı: Görün harada satıblar
-
Tarix10:26
Türkləri uludan da ulu edəcək KƏŞF: Tarix yenidən YAZILA BİLƏR
-
Region10:08
Ermənistanda Ağrı dağından reklam kimi istifadə olunması qadağan edilir: Nə baş verəcək?