Sosial
FHN “Qafqaz Konserv Zavodu” MMC-də taktiki-xüsusi təlim keçirdi - FOTO/VİDEO
Fövqəladə Hallar Nazirliyi Şimal Regional Mərkəzinin cari il üçün hazırlıq planına əsasən Nazirliyin ərazi struktur bölmələrinin xilasetmə dəstələri ilə birgə “Qafqaz Konserv Zavodu” MMC-də istehsalat qəzaları zamanı xilasetmə işinin təşkili mövzusunda taktiki-xüsusi təlim keçirilib.
Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlimin keçirilməsində məqsəd fövqəladə hal zonasında axtarış, qəza-xilasetmə işlərinin təşkili, yanğınların söndürülməsi, qüvvə və vasitələrin idarə edilməsi, həmçinin əməliyyat qərargahının qurulması və fəaliyyətinin təşkili üzrə heyətin bilik və bacarıqlarının təkmilləşdirilməsindən ibarət olub.
Təlim zamanı şərti olaraq baş vermiş qəza ilə əlaqədar “hadisə yerinə” operativ çatan yanğın-xilasetmə qüvvələri tərəfindən ərazinin kəşfiyyatı, məlumatların toplanması və təhlilinin aparılması, görüləcək qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həcminin müəyyən edilməsi və təşkili işləri yerinə yetirilib. Bundan əlavə, “xəsarət alanlara ilkin tibbi yardımın göstərilməsi”, onların təhlükəli zonadan köçürülməsi və qəza-bərpa tədbirləri reallaşdırılıb.
Tədbirin gedişində zavodun hərbiləşdirilməmiş mülki müdafiə dəstələri və Nazirliyin ərazi struktur bölmələri arasında qarşılıqlı fəaliyyət uğurla təşkil edilib, qarşıya qoyulmuş məqsədlərə nail olunub.
Uğurla keçirilən təlimdən sonra əldə edilmiş nəticələrin təhlili aparılıb və müvafiq tapşırıqlar verilib.
-
İdman14:57Allahla müqavilə bağlayıb: Zorlama ittihamından qurtulan Alveş görün nə işlə məşğuldur - VİDEO
-
İdman13:49ÇL-də məşhurlaşan 18 yaşlı qazax futbolçu Samirə ilə eşq yaşayır - FOTOLAR
-
Sosial13:34Şərurlu İsfəndiyarın verdiyi evi istəmədim: Məqsədim atamı biabır etmək... - Elman Nəsirovun qızı
-
Sosial13:08Azərbaycanın məşhur şirkətini ermənilərlə nə birləşdirir? - FOTOFAKT
-
Dünya11:16Yalvarırdı: Rusiyanın hücumu başlayanda Zelenski Stoltenberqdən nə xahiş edib?
-
Dünya10:18“Qiyamət radiosu”ndan daha iki sirli mesaj
-
Nida Xəbər 09:54Putin 44 günlük müharibədə İrəvandan görün nə tələb edib: Ermənilər açıqladı
-
Sosial08:24Qırmızı bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salındı










































.jpg)




