ADY: Bu il qatarlara hərəkətdə olarkən 36 dəfə daş atılıb
Bizi izləyin

Sosial

ADY: Bu il qatarlara hərəkətdə olarkən 36 dəfə daş atılıb

Bu ilin yanvar-sentyabr aylarında "Azərbaycan Dəmir Yolları" QSC-nin qatarlarına hərəkətdə olarkən 36 dəfə daş atılıb.

Publika.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilib ki, ötən gün də axşam saatlarında Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sərnişin qatarına Zabrat-Pirşağı sahəsindən keçərkən daş atılıb. Nəticədə qatarın içində sərnişinlərin olduğu 2-ci vaqonunun pəncərələrindən biri sınıb.

"Xatırladırıq ki, bu qanunsuz və məsuliyyətsiz hərəkəti edənlər müvafiq qaydada tapılır və qanunvericilik əsasında cəzalandırılırlar. ADY bir daha hamımızın sərvəti olan qatarları qorumağa, təhlükəsiz səfərlər üçün həmrəy olmağa çağırır," - qurumun məlumatında qeyd olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm