Sosial
Qurbani paradın aparıcısından danışdı
Ötən gün Bakının Azadlıq Meydanında qələbəmizin 5 illiyinə həsr edilmiş möhtəşəm hərbi parad bir sıra yeniliklərlə yadda qaldı. Bunlardan biri də uzun müddət sonra hərbi paradın aparıcılığının Abdulla Qurbaniyə həvalə olunmaması idi. Yeni aparıcı Mumtaz Xəlilzadənin şərhini isə bəyənənlər də oldu, əks fikir söylənlər də.
Publika.az xəbər verir ki, Teleqraf məsələ ilə bağlı Abdulla Qurbani ilə əlaqə saxlayıb.
“Gənclərə meydan vermək lazımdır. Amma gənclərə də meydan verəndə, seçim dəqiq olmalıdır. Mən birinci dəfə mikrofon qarşısına keçəndə ondan da zəif danışırdım. Açığı, səhhətimdə də problemlər var. Amma baxmayaraq, son bir həftə ərzində neçə-neçə tədbirlərin aparıcısı olmuşam. Ümumiyyətlə, parad böyük hadisə idi, yeniliklər oldu. Yeni-yeni texnikalar nümayiş olundu. Böyük bir təntənə, möhtəşəm parad idi. Bəzən vaxt da məhdud olur, texnikalar haqda ətraflı məlumat vermək olmur. Xalqın bayram əhvalı digər məsələləri unutdururdu” – Qurbani bildirib.
-
Nida Xəbər 13:00Ziyafət Əsgərov: "Top” Ermənistan tərəfindədir" - Müsahibə
-
Nida Xəbər 12:55Xeyli sayda hindistanlı İrandan Azərbaycana təxliyə olundu
-
Qarabağ 12:40Xanobaya ilk köç yola salındı
-
İdman12:20Trampdan məşhur rusiyalı idmançı ilə bağlı maraqlı təklif - Video
-
Maraq dünyası12:10Mina əleyhinə “ağıllı çəkmə” hazırlandı - Foto
-
Sosial10:40Bakının cazibəsi kəndləri boşaldır - Çıxış yolu var?
-
Yaxın Şərq10:00SEPAH-a ağır zərbə - Ən böyük qərargahları dağıdıldı
-
İdman09:50Gürcüstan millisində görünməmiş fırıldaq























.jpg)










