Sosial
Yeni ili bölgələrdə qarşılamaq neçəyə başa gələcək?
2026-ı qarşılamağımıza az qalıb. İndidən hər kəs Yeni il gecəsi üçün plan qurur. Bölgələri seçənlərin sayı isə heç də az deyil. Müxtəlif rayonlarda hotellərin yarıdan çox hissəsi artıq rezerv olunub.
Publika.az Milli.az-a istinadən xəbər verir ki, Yeni il ərəfəsində ən çox tələbat Quba-Qusar, Şəki-Zaqatala-Qax, Lerik-Lənkəran və Şamaxı-İsmayıllı-Qəbələ bölgələrinədir. Bayram proqramları və məşhur müğənnilərin çıxışları olan hotellər qiymətləri xeyli artırıb.
Bəzi hotellərdə iki nəfərin üç gecəlik qalması xarici səfərlərdən belə baha başa gəlir. Hazırda bir nəfərin bir gecəlik qalması minimum 250-300 manatdır.
Turizm eksperti Ceyhun Aşurov bildirir ki, əsas bahalı paketlər 5 ulduzlu hotellərdədir. 3 və 4 ulduzlu hotellərdə isə qiymətlər daha münasibdir, bir nəfərin üç gecəlik qalması 300-500 manat arasında dəyişir və buna səhər və şam yeməyi daxildir.
Qeyd edək ki, paytaxtda isə 2 nəfərlik qala gecəsi və səhər yeməyi daxil 800-2000 manat arası dəyişir. Bayram günlərinə çatdıqca isə qiymətin artması gözləniləndir.
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq
-
Dünya11:34İranın bu ölkədəki səfiri öldürüldü
-
Sosial11:04Onlar da müəllim işləyə biləcək - Siyahı
-
Yaxın Şərq10:39Müctəba Xamenei “Hizbullah”a məktub yazdı: Vəd etdi ki...




































