"Hesablama Palatasının xərclər smetası layihəsi yaranmış çaǧırışlara tam uyǧundur"
Bizi izləyin

Nida Xəbər

"Hesablama Palatasının xərclər smetası layihəsi yaranmış çaǧırışlara tam uyǧundur"

Ölkəmizdə kənar dövlət maliyyə nəzarəti mexanizmlərinin həyata keçirilməsi, aidiyyatı təşkilatlarda dövlət maliyyə resurslarının xərclənməsinin effektivliyinin təmin edilməsi prosesində Azərbaycan Respublikasının Hesablama Palatasının xüsusi və mühüm rolu danılmazdır.

Bu rol təkcə büdcə resurslarının xərclənməsinə nəzarətin təmin olunması ilə məhdudlaşmır, həm də bütövlükdə respublikada maliyyə dayanıqlığının möhkəmləndirilməsi, idarəetmə yanaşmalarının təkmilləşdirilməsi və dövlət vəsaitlərindən səmərəli istifadəsinə dair müvafiq metodoloji ve metodiki bazanın formalaşması məsələlərini özündə ehtiva edərək strateji əhəmiyyət daşıyır.

Məhz bu səbəbdən Hesablama Palatasının xərclər smetasının müzakirəsi dövlətin maliyyə siyasətinin ümumi keyfiyyətinə birbaşa təsir göstərən məsələlərdən biridir.

Ölkəmizdə aparılan iqtisadi islahatlar, investisiya axınlarının stimullaşdırılması ilə baǧlı çaǧırışlar, dövlət proqramlarının genişləndirilməsi və sosial-iqtisadi inkişafın yeni mərhələsi maliyyə sektorunda institusional imkanların daha da gücləndirilməsini, zənnimcə, zəruri edir.

Eyni zamanda, çox mühüm məqam dövlət kapital qoyuluşlarının effektivliyinin təmin edilməsi məsələsinın vacibliyi ilə baǧlįdır.

Bu kontekstdə Palatanın ölkədə müvafiq makroiqtisadi göstəricilərin formalaşmasında rolunu bir daha qeyd etmək lazımdır.

Bu baxımdan Palatanın xərclər smetası onun üzərinə düşən vəzifələrin adekvat şəkildə icrasını təmin edəcək səviyyədə formalaşdırılmalıdır.

Smeta layihəsinin əsas məqsədlərindən biri maliyyə nəzarətinin müasir tələblərə uyğunlaşmasını təmin etmək, dövlət vəsaitlərinin xərclənməsi üzərində müvafiq nəzarəti daha çevik və effektiv etməkdir.

Bunun üçün aşağıdakı istiqamətlər üzrə yanaşmaların optimallaşdırılması xüsusi önəm kəsb edir:

1. Kadr potensialının möhkəmləndirilməsi məqsədilə mütəxəssis hazırlıǧının aparılması, sertifikatlaşdırma proqramlarında iştirak, mütərəqqi analitik metodların tətbiqi üçün insan kapitalına yatırımlar.

2. Rəqəmsal infrastrukturun genişləndirilməsi, regional və qlobal tendensiyalara uyğun olaraq rəqəmsal nəzarət mexanizmlərinin reallaşdırılması, məlumatların çevik təhlilinin təşkili, süni intellekt əsaslı risk qiymətləndirmə modellərinin tətbiqi.

Düşünürəm ki, uzunmüddətli perspektivdə Palatanın texniki imkanlarının genişləndirilməsi xərclər smetasında əsas prioritetlərdən biri olmalıdır.

3. Layihələrin, dövlət proqramlarının və iri infrastruktur investisiyalarının monitorinqi üzrə müvafiq qaydada xüsusi analitik qrupların yaradılması.

Nəzərə almaq lazımdır ki, ölkədə icra olunan genişmiqyaslı sosial-iqtisadi təşəbbüslərin dinamikası maliyyə nəzarətinin həcmini və tələbləri daha da artırır.

Qeyd olunanlarla yanaşı ölkədə son aylar dövlət maliyyə resurslarının idarəedilməsi istiqamətində effektivliyini yüksəldilməsinə yönəlik tədbirlər öz müsbət nəticələrini verməkdədir və 2026-cı il üçün nəzərdə tutulan Hesablama Palatasının xərclər smetası layihəsi yaranmış çaǧırışlara tam uyǧundur.

Samir Vəliyev,

Milli Məclisin deputatı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm