Nida Xəbər
Hərbi İdarəetmə İnstitutunun dinləyiciləri FHN-in Mülki Müdafiə qoşunlarının komandanlığında - FOTOLAR
Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə qoşunlarının (MMQ) komandanlığında Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Hərbi İdarəetmə İnstitutunun Strateji araşdırmalar və dövlət müdafiəsi idarəetmə akademik kursunun dinləyiciləri ilə görüş təşkil olunub.
Publika.az xəbər verir ki, kursun tədris proqramına uyğun olaraq keçirilən tədbirin məqsədi dinləyicilərin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılmasında MMQ-nin rolu, şəxsi heyətinin hazırlığı və texniki təminatı barədə məlumatlandırılması olub.
Tədbirin əvvəlində Mülki müdafiə qoşunlarının komandanlığında Ümummilli Lider Heydər Əliyevin büstü ziyarət edilib, daha sonra qonaqlar Heydər Əliyev Muzeyində Ülu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı foto-ekspozisiya ilə tanış olublar.
Tədbir çərçivəsində Mülki müdafiə qoşunlarının və Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin fəaliyyəti haqqında təqdimat keçirilib, xüsusi təyinatlı texnikalara, yanğın-texniki və xilasedici avadanlıqlara baxış keçirilib, qarşılıqlı fikir mübadiləsi aparılıb və dinləyicilərin sualları cavablandırılıb.
Sonda xatirə şəkli çəkdirilib.
-
Cinayət dünyası18:0045 manyakın müsahibəsi araşdırıldı: Silsilə qətlləri bu səbəbdən törədirmişlər
-
Qarabağ 17:30Bakı və İrəvan arasında yekun sülhə nail olmaq üçün... - Xaçaturyan
-
Sosial17:00AQTA-dan xəbərdarlıq: Bu uşaq qidası təhlükəlidir - FOTO
-
Rəsmi xronika16:27İlham Əliyev iki fərman imzaladı
-
Region16:20Qukasyanın oğlu HƏBS EDİLDİ
-
Nida Xəbər 15:14Ermənistan Bakıya onları göndərib - SİYAHI
-
Hadisə14:30Bakıda otelin qarşısında faciə: 4 nəfər öldü - YENİLƏNDİ
-
Hadisə13:57Polkovnik Yaqub Əhədovu maşın vurub öldürdü


















_(3).jpg)


















