Sosial
Vahid Əziz: "Böyük bir xəcalətdən yaxa qurtardıq"
"Xalqın münasibətini bilirdim, dövlət başçısının da diqqəti məni çox sevindirdi".
Publika.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında bu gün Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilən Xalq şairi Vahid Əziz oğlu Cəfərov (Vahid Əziz) deyib.
O bildirib ki, ölkə rəhbərliyi tərəfindən "Şərəf" ordeni ilə mükafatlandırılması onu çox sevindirib:
"Bu, mənim üçün çox gözəl mükafatdır. Cənab Prezident böyük alicənablıq göstərərək məni "Şərəf" ordeni ilə təltif edib, bu şərəfə məni layiq görüb. Ona sonsuz təşəkkürümü bildirirəm. Mən hər zaman öz torpağıma, millətimə, dövlətimə sadiq olmuşam. Bu ordenə layiq görüldüyüm üçün çox sevincliyəm.
Mən şükür edirəm ki, torpaqlarımızın azad olunduğu günü gördüm. Bundan sonra rahat ölmək olar. Biz böyük bir xəcalətdən yaxa qurtardıq. Əvvəl xaricə gedəndə boynubükük gedirdim, indi fəxrlə, başıdik gəzirəm. Bu qələbəni bizə bəxş müzəffər Ali Baş Komandanımıza, ordumuza borcluyuq. Bu böyük qələbədə payı olan hər kəs sağ olsun".
-
Nida Xəbər 19:10Bu, Əliyevlə Paşinyanın sayəsində mümkün oldu - Putin
-
ABŞ17:34Tramp bu ölkənin baş nazirini rüsvay etdi
-
Sosial15:56Baba nəvəsini xilas etmək üçün evə girib - Masallıdakı dəhşətli yanğının təfərrüatı
-
Sosial14:39Əvəz Temirxan pensiyaya çıxdı: Görün nə qədər alır
-
Sosial14:00Yay anomal keçəcək, bu regionlar "yanacaq" - Xəbərdarlıq
-
Sosial13:35Bu məktəbdə tədris dayandırıldı: Şagirdlər köçürülür
-
Rəsmi xronika12:46İlham Əliyev sərəncam imzaladı
-
Sosial12:30Borc pul verənlərin nəzərinə: Ali Məhkəmədən mühüm xəbərdarlıq


































