Sosial
Adil Kərimli Ucarda vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
Mədəniyyət naziri Adil Kərimli Ucar rayonunda vətəndaşları qəbul edib.
Mədəniyyət Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ucar rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Ucar, Zərdab, Yevlax, Ağdaş, Göyçay, Kürdəmir rayonlarından və Mingəçevir şəhərindən olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.
Müraciətlər, əsasən, məşğulluq, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsinə dair layihələr, təşəbbüslər və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.





-
Sosial19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin görüntüləri - Foto
-
Nəqliyyat19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama
-
Sosial18:20Nizami Kino Mərkəzində vandalizm edənlərin kimliyi məlum oldu
-
Yaxın Şərq17:33Regionda gərginlik artır: Bu ölkə xüsusi təyinatlılarını Yaxın Şərqə yeritdi
-
Rəsmi xronika16:10İlham Əliyev sərəncam imzaladı
-
Nida Təhlil 16:00Paşinyan Putinin üzünə “ağ oldu”: “Paks Rusiya” dönəmi bitir?
-
Yaxın Şərq15:54Dünyanı lərzəyə salan addım: İranda nüvə silahı... - Fətvaya ehtiyac olmayacaq
-
Nida Xəbər 14:50Hacıbala Abutalıbov Qaxdan qovuldu






.jpg)
.jpg)
























