Sosial
Yeni qanunla uşaq hüquqlarını bu orqanlar müdafiə edəcək
Uşaq hüquqlarını müdafiə edən orqanlar (qurumlar) müəyyən edilir.
Publika.az xəbər verir ki, bu barədə məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Uşaq hüquqları haqqında” yeni qanun layihəsində əksini tapıb.
Yeni qanun layihəsinə əsasən, Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), məhkəmə, prokurorluq və digər hüquq mühafizə orqanları, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) və yerli özünüidarəetmə orqanları təmin edirlər.
Dövlət orqanları (qurumları) və yerli özünüidarəetmə orqanları uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyətinə dəstək göstərirlər.
Uşaq hüquqlarını müdafiə edən qeyri-hökumət təşkilatlarının fəaliyyəti bu Qanunla müəyyən edilmiş prinsip və tələblərə əsaslanmalıdır.
-
Yaxın Şərq12:25ABŞ-ın İrana güc nümayişi: Müttəfiqlər də təşviş içərisindədir
-
Nida Xəbər 10:57Əli Əsədov qərar imzaladı
-
MDB10:36Deputatdan təklif: Bu qadınların pensiya yaşı 43-ə endirilir
-
MDB10:24Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
-
Magazin110:18Ad günündə Şəbnəmi geridə qoydu: Görün nə qədər pul toplandı
-
İqtisadi gündəm09:42Yanvar ayının pensiyaları niyə artımlarla ödənilmədi? - AÇIQLAMA
-
Maraq dünyası09:24Həyatın yaranışına işıq salacaq kəşf: Görün okeanın dibindəki şəhərdən nələr tapılır
-
MDB08:12Yakutiyada DƏHŞƏT - 3-ü uşaq olmaqla 5 nəfər yanaraq öldü






.png)



.jpg)
.jpg)


















.jpg)



