Sosial
“Araz” supermarketlər şəbəkəsi 15 illiyini qeyd edir - VİDEO
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi fəaliyyətə başlamasının 15 illiyini qeyd edir.
Publika.az xəbər verir ki, 15 il ərzində “Araz” ölkənin aparıcı pərakəndə ticarət şəbəkələrindən birinə çevrilərək, geniş mağaza şəbəkəsi, minlərlə əməkdaşı və sosial məsuliyyətli fəaliyyəti ilə tanınıb.
Fəaliyyətə başladığı ilk gündən müştəri məmnuniyyətini əsas prioritet kimi müəyyən edən “Araz” supermarketlər şəbəkəsi bu gün ölkə üzrə 300-dən çox mağaza ilə müştərilərinə xidmət edir. Şəbəkənin 13 mindən artıq əməkdaşı müasir pərakəndə ticarət standartlarına uyğun fəaliyyət göstərməklə yanaşı, keyfiyyətli və əlçatan məhsulların istehlakçılara təqdim olunmasını təmin edir. “Araz” supermarketlər şəbəkəsi paytaxtla yanaşı regionları da əhatə edir, eyni zamanda işğaldan azad edilən ərazilərdə fəaliyyət göstərən filialları ilə Böyük Qayıdış prosesinə töhfə verir.
“Araz” supermarketlər şəbəkəsinin inkişaf strategiyasında insan kapitalı mühüm yer tutur. Şirkət əməkdaşların peşəkar və şəxsi inkişafına yönəlmiş təlim proqramları, karyera imkanları və güclü korporativ dəyərlər sistemi vasitəsilə dayanıqlı inkişaf modelini formalaşdırıb.
15 illik fəaliyyəti dövründə “Araz” supermarketlər şəbəkəsi sosial məsuliyyət, təhsil, gənclərin inkişafı, ekologiya və milli dəyərlərin təbliği istiqamətində çoxsaylı layihələr həyata keçirib. Şirkətin fəaliyyəti müxtəlif yerli və beynəlxalq qurumlar tərəfindən mükafatlarla qiymətləndirilib.
Yubiley ili çərçivəsində “Araz” supermarketlər şəbəkəsi korporativ inkişafının yeni mərhələsini simvolizə edən 15 illik yubiley loqosunu təqdim edib. Yeni loqo “Araz” brendinin formalaşmış dəyərlərini, 15 illik təcrübəsini və gələcəyə yönəlmiş inkişaf vizyonunu əks etdirir.
-
Yaxın Şərq12:25ABŞ-ın İrana güc nümayişi: Müttəfiqlər də təşviş içərisindədir
-
Nida Xəbər 10:57Əli Əsədov qərar imzaladı
-
MDB10:36Deputatdan təklif: Bu qadınların pensiya yaşı 43-ə endirilir
-
MDB10:24Ukrayna Krım istiqamətində hücuma keçdi - Rusiya HHM-i işə saldı
-
Magazin110:18Ad günündə Şəbnəmi geridə qoydu: Görün nə qədər pul toplandı
-
İqtisadi gündəm09:42Yanvar ayının pensiyaları niyə artımlarla ödənilmədi? - AÇIQLAMA
-
Maraq dünyası09:24Həyatın yaranışına işıq salacaq kəşf: Görün okeanın dibindəki şəhərdən nələr tapılır
-
MDB08:12Yakutiyada DƏHŞƏT - 3-ü uşaq olmaqla 5 nəfər yanaraq öldü






.png)



.jpg)
.jpg)


















.jpg)



