Sosial
Adil Kərimli Birol Akgün ilə görüşdü - FOTO
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli yanvarın 29-da Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri Birol Akgün ilə görüşüb.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Adil Kərimli bildirib ki, Azərbaycan ilə Türkiyə arasında mədəniyyət sahəsində əməkdaşlıq ildən-ilə şaxələnir, yeni məzmun qazanır. Müxtəlif mədəniyyət layihələrində qarşılıqlı iştirak, yaradıcı kollektivlərin mütəmadi səfərləri, müvafiq qurumlar arasında faydalı iş birliyinin qurulması bu sahədə əməkdaşlığın geniş mənzərəsindən xəbər verir.
Səmimi qəbula görə təşəkkür edən səfir Birol Akgün Türkiyə-Azərbaycan mədəni əlaqələrinin daha da genişləndirilməsi üçün böyük imkanların olduğunu diqqətə çatdırıb.
TÜRKSOY-a üzv ölkələrin birgə istehsalı olan “Molla Nəsrəddin: çətin günlərimin dostu” filminin Türkiyədə çəkilişlərinin başa çatdığı bildirilib.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
-
Region10:18Köçəryan Türkiyəyə qarşı ərazi iddiası irəli sürdü - FOTOFAKT
-
Nida Xəbər 10:15"Qurtuluş" Reabilitasiya Mərkəzinin rəhbəri tutuldu
-
İKT09:00"Samsung" tullantılardan ekran hazırladı
-
Magazin108:12Alim Qasımovdan SƏMİMİ ETİRAF: “Özümü reklam edirəm”
-
Magazin106:16"Min uşaq, ər olsa da..."
-
ABŞ04:44Tramp Kubaya görə ABŞ-da fövqəladə vəziyyət ELAN ETDİ
-
Mistika01:11Zirəddindən İranla bağlı PROQNOZ - Bu ayda...
-
Region00:30Türkiyədə neft emalı zavodunda GÜCLÜ PARTLAYIŞ





























.jpg)





