"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir
Bizi izləyin

İdman

"Qarabağ"ın pley-offdakı rəqibi müəyyənləşir

Bu gün "Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibinin adına aydınlıq gələcək.

Publika.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində keçiriləcək. Tədbir Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Liqa mərhələsini 22-ci pillədə başa vuran Azərbaycan təmsilçisi "səpələnməmişlər" səbətində yer alacaq. Pley-off mərhələsinin qaydalarına əsasən, 21 və 22-ci yerləri tutan "Monako" və Qarabağ” “səpələnmişlər” səbətinə düşən 11-12-ci yerlərin sahiblərindən biri ilə qarşılaşacaq. "Qarabağ"ın potensial rəqibləri turnirin son qalibi PSJ və "Nyukasl"dır.

“Qarabağ” ilk matçı Bakıda, cavab oyununu səfərdə keçirəcək. Pley-off görüşləri 17/18 fevral və 24/25 fevralda oynanılacaq.

Qeyd edək ki, "Qarabağ" - PSJ/"Nyukasl" cütünün qalibi 1/8 finalda Liqa mərhələsini 5-ci pillədə başa vuran "Barselona" və ya 6-cı yerin sahibi "Çelsi" ilə qarşılaşacaq.

Heybət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm