Sosial
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki növbəti mühüm beynəlxalq uğura imza atıb. Belə ki, müəssisə KOSHER sertifikatı əldə edib. Bu sertifikat "Ulduz" Şokolad Fabrikində istehsal olunan məhsulların beynəlxalq KOSHER tələblərinə tam uyğunluğunu təsdiqləməklə yanaşı, şirkətdə formalaşmış yüksək keyfiyyət və qida təhlükəsizliyi standartlarının bariz göstəricisidir.
KOSHER sertifikatının əldə olunması olduqca çətin və çoxmərhələli bir prosesdir. Xammalın seçimi, təchizatçıların təsdiqi, istehsal xətlərinin uyğunlaşdırılması, avadanlıqların xüsusi prosedurlarla hazırlanması və bütün sanitariya qaydalarına ciddi nəzarət bu prosesin əsas tələbləri sırasındadır. Bu mühüm nailiyyət “Ulduz” Şokolad Fabrikinin peşəkar komandasının məsuliyyətinin və beynəlxalq standartlara sadiqliyinin real nəticəsidir.
KOSHER sertifikatı "Ulduz" məhsullarının İsrail, ABŞ və dünyanın müxtəlif ölkələrində yaşayan yəhudi icmalarına daha geniş şəkildə təqdim olunmasına imkan yaradır, eyni zamanda şirkətin qlobal bazarlarda rəqabət gücünü əhəmiyyətli dərəcədə artırır.
Qeyd edək ki, bu nailiyyət müəssisənin artıq sahib olduğu IFS, BRC, GSO 2055-1 Halal Qida Standartı, JAKIM Halal Standartı, ISO 9001 və ISO 22000 kimi nüfuzlu beynəlxalq standartlarla birlikdə "Ulduz" brendinin etibarlı və yüksək keyfiyyətli istehsalçı imicini daha da möhkəmləndirir.
Əldə olunan uğur hər bir əməkdaşın zəhmətinin və birgə əməyinin nəticəsidir. Bu nailiyyət bir daha sübut edir ki, "Ulduz" brendi beynəlxalq səviyyədə ən yüksək tələblərə cavab verən güclü və etibarlı istehsalçı kimi mövqeyini davamlı şəkildə möhkəmləndirir.
Veysəloğlu Şirkətlər Qrupu olaraq bu uğur münasibətilə bütün komandamızı təbrik edir, hər bir əməkdaşımıza təşəkkürümüzü bildiririk.
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var
-
Sosial3 Aprel 19:30Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkənslərin görüntüləri yayıldı - Foto
-
Nəqliyyat3 Aprel 19:00Yeni ödənişli yolun qiyməti nə qədər olacaq? - Tarif Şurasından açıqlama







.jpg)
.jpg)


.jpg)





















