Sosial
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
“Azərsun Holdinq” sosial məsuliyyət ənənələrinə sadiq qalaraq cəmiyyət üçün əhəmiyyətli layihələrə dəstəyini davam etdirir.
Publika.az xəbər verir ki, şirkətlər qrupu bu dəfə yaşlı insanların sosial rifahının yüksəldilməsinə yönəlmiş fəaliyyəti ilə tanınan, adıçəkilən qeyri-hökümət təşkilatına dəstək göstərəcək.
Layihə çərçivəsində ölkənin aparıcı qida şirkətlərindən biri olan “Azərsun Holdinq”, “Üçüncü Bahar”ın fəaliyyəti üçün lazım olan zəruri qida məhsulları ilə təmin edərək ahıllar üçün yaradılan sosial mühitin davamlılığına töhfə verir.
Bu dəstək yaşlı insanların gündəlik həyatında daha keyfiyyətli və rahat şəraitin formalaşmasına xidmət edir.
“Üçüncü Bahar” İctimai Birliyi 2017-ci ildən etibarən yaşlı insanların həyat keyfiyyətinin yaxşılaşdırılması və onların cəmiyyətə fəal inteqrasiyasının təşviqi istiqamətində ardıcıl və sistemli fəaliyyət göstərir.
Təşkilat 9 illik fəaliyyəti dövründə 45 mindən çox yaşlının həyatına toxunaraq onlara ümid, sevinc və yeni imkanlar bəxş edib.
-
Rəsmi xronika13:40İlham Əliyev fərman imzaladı
-
ABŞ13:17ABŞ İrana qarşı yeni müharibəyə başlayacaq - Hədəfdə onlardır
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama







































