Sosial
10 illiyini qeyd edən OBA-da alış-veriş daha sürətli və daha qazanclı oldu
Bu ilin mart ayında fəaliyyətinin 10 illiyini qeyd edən "OBA" marketlər şəbəkəsi müştəri təcrübəsini daha rahat, sürətli və qazanclı etmək məqsədilə mobil tətbiqini yeniləyərək OBAPlus adı ilə istifadəyə verib. Yenilənmiş tətbiq müasir funksionallıqları, istifadəçi dostu interfeysi və əlavə üstünlükləri ilə alış-veriş prosesini yeni mərhələyə daşıyır.
Yeni OBAPlus mobil tətbiqi ilə istifadəçilər gündəlik alış-verişlərini daha rahat planlaşdıra, müxtəlif kampaniyalardan faydalana və əlavə qazanc imkanları əldə edə bilirlər. Tətbiqin yenilənmiş siması olan “Sürət” isə müştərilərə daha çevik, daha əyləncəli və daha faydalı alış-veriş təcrübəsi təqdim etməyi hədəfləyir.
OBAPlus istifadəçilərə aşağıdakı imkanları təqdim edir:
“Sürətli səbətlər” oyunu vasitəsilə xal toplamaq və mükafatlar qazanmaq,
Dostunu gətir funksiyası ilə bonus əldə etmək,
Alış-veriş səbətini öncədən yığmaq və ailə üzvləri ilə paylaşmaq,
QR kod vasitəsilə məhsul qiymətlərini yerindəcə yoxlamaq,
İnternetsiz keşbek qazanmaq və xərcləmək,
Toplanan keşbeki istənilən şəxsə ötürmək imkanı.
Yenilənmiş tətbiq həm iOS, həm də Android əməliyyat sistemlərində mövcuddur. Mövcud istifadəçilər tətbiqi yeniləməklə, yeni istifadəçilər isə Play Market və App Store üzərindən yükləməklə OBAPlus-un təqdim etdiyi üstünlüklərdən yararlana bilərlər.
OBA marketlər şəbəkəsi OBAPlus vasitəsilə rəqəmsal həlləri inkişaf etdirməyi, müştərilərə daha yaxın olmağı və alış-veriş təcrübəsini davamlı şəkildə təkmilləşdirməyi qarşısına məqsəd qoyur.
-
Hadisə06:16Bu rayonda bir gecədə 10 nəfər xəstəxanalıq oldu - Nə baş verir?
-
Dünya03:43ABŞ təyyarəsi belə vurulub - Anbaan video
-
Dünya02:18Bu ölkədə güclü zəlzələ oldu: 8 nəfər öldü - Yeniləndi
-
Qoroskop01:40Günün ulduz falı: şüuraltınız sizə mühüm mesajlar verəcək
-
Dünya3 Aprel 23:35BƏƏ-də Habşan qaz strukturuna hücum: Ölən və yaralananlar var
-
İdman3 Aprel 22:22“Qarabağ” - “Sabah” matçında maraqlı hadisə - Video
-
İdman3 Aprel 21:00Azərbaycanda klub prezidenti azarkeşləri üsyana çağırdı: Heç kim səssiz qalmasın! - Video
-
Dünya3 Aprel 20:00ABŞ və İsrail Xarq adasına hücum etdi: ölən var







.jpg)

.jpg)






.jpg)
















