Sosial
Xaricdən məhsul sifariş edənlərin nəzərinə: Yeni qayda... - Video
İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək.
Publika.az Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və mobil tətbiqindən istifadə edən vətəndaşlara müraciət edib. Bildirilib ki, artıq bir neçə aydan sonra xaricdən məhsul sifariş edən vətəndaşlar elektron ticarət bəyannamələrini identifikasiya nömrəsi ilə edə bilməyəcəklər.
Yeni qərara əsasən, bu xidmətdən yalnız "Asan İmza", "SİMA" və ya "MYGOV / QR" vasitəsilə istifadə etmək mümkün olacaq.
Daşıyıcı şirkətlərin əməkdaşları bildirirlər ki, indiki qaydada həyata keçirilən təsdiq prosesi, yəni fin kod və parol ilə həyata keçirilən bəyənnamə prosesi gücləndirilmiş hesab edilmir.
İqtisadçılar isə hesab edirlər ki, bu addım gömrük və vergi sisteminə nəzarətin güclənirilməsi məqsədi daşıyır.
Dövlət Gömrük Komitəsindən bildirilib ki, qeyd olunan tarixdən sonra malların bəyan edilməsi üçün vətəndaşlara "Asan İmza" və ya "SİMA" elektron imzasını əvvəlcədən əldə etmələri tövsiyə edilir.
-
Dünya12:50İçdikcə buzlar əriyib: Lavrovla Moteqi araq masasında nəyi həll ediblər?
-
Rəsmi xronika12:28Prezident Samir Şərifova yeni vəzifə verdi
-
Rəsmi xronika12:17İlham Əliyev sərəncam imzaladı
-
Dünya11:50Avropa liderləri bu ölkədə toplandı: Ərəblər də gəldi - Nələr müzakirə olunur?
-
Sosial11:45Bakıda məktəbli qız özünə xəsarət yetirdi - VİDEO
-
ABŞ10:06Tramp İran gəmisindəki “məxfi yük”dən danışdı: Çinlə bağlı sürpriz açıqlama
-
Nida Xəbər 10:00Azərbaycanda vəzifəli şəxslər həbs edildi - Aralarında rəislər də var
-
İdman09:44"Santyaqo Bernabeu" korta çevrildi: Ulduzlar rəqib, Peres hakim oldu - VİDEO









.jpg)







.jpg)

















