Sosial
Azərbaycanda qəbir daşına elə söz yazıldı ki... - İş məhkəməyə kimi getdi
Azərbaycanda məzar daşına yazılan sözlərə görə məhkəməyə müraciət olunub.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, xüsusi ittiham qaydasında şikayəti Rusiyada vəfat edən İdil Fərzəliyevin dayısı edib.
Vətəndaş ərizəsində bildirib ki, İdil Fərzəliyevin məzar daşında onun ünvanına heç bir əsasa söykənməyən, nüfuzunu aşağılıyan və onu ağır cinayətdə günahlandıran böhtan xarakterli ifadələr yer alıb.
Belə ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilən İdilin valideyni 2024-cü ilin oktyabr ayında mərhum oğlunun qəbir daşının üzərinə "Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla
öldürülən oğlum" cümləsini yazdırıb.
Mərhumun dayısının sözlərinə görə, Rusiyada İdilinin ölümü ilə bağlı aparılan cinayət işi rədd edilib və hadisə rəsmi
qaydada "intihar" kimi qiymətləndirilib. Bu barədə Rusiya hüquq mühafizə orqanlarının materialları mövcuddur və ölümün zorakılıqla bağlı olmağı rəsmi təsdiqini tapmayıb.
O, bu səbəbdən məzar daşındakı yazını ağır böhtan hesab edib.
İdil Fərzəliyevin dayısı daha sonra şikayətini geri çəkib. Nəticədə Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən prosesdə xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina olunub.
-
Sosial15:25Bu rayon hərbi komissarlığında əməliyyat keçirildi - İki vəzifəli şəxs saxlanıldı
-
ABŞ14:30FTB şefi sevgilisini qorumaq üçün agent tutub - ABŞ-da qalmaqal
-
MDB13:14Azərbaycanın qonşuluğunda ölkə boyda torpaqlar satışa çıxarıldı - Şok qiymətlər
-
İdman12:58Rəşad Məcidlə Balakişi Qasımov "atışdı": "Qarabağ"a görə - FOTOFAKT
-
Magazin112:53Rəqsanə barəsində qətimkan tədbiri dəyişdirildi
-
Sosial12:43TƏBİB-dən yeni təyinatlarla bağlı rəsmi açıqlama
-
Nida Təhlil 12:12Bəşəri cinayət: İşğal dövründə mədəni irsimiz məqsədli şəkildə məhv edilib
-
İdman11:48Tanınmış futbolçunun ilham pərisi: Onlar 2026-cı ili unutmayacaqlar - FOTOLAR









.jpg)








.jpg)

















