Sosial
Əmək müqaviləsi ilə işləməyənin sosial təminat hüquqları da yaranmır
Əmək qanunvericiliyinə əsasən, işçi ilə işəgötürən arasında bağlanan əmək müqaviləsi onların əmək münasibətlərinin hüquqi əsasını təşkil edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a bildirilib ki, əmək müqaviləsi olmadan çalışan şəxslərin əmək və gələcək sosial təminat hüquqları yaranmır. İşçi yalnız rəsmi əmək müqaviləsi əsasında fəaliyyət göstərdiyi halda qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən az olmayan əməkhaqqı almaq hüququna malik olur.
Eyni zamanda, iş vaxtından artıq işlədikdə və ya gecə saatlarında işə cəlb edildikdə əlavə əməkhaqqı, sağlam və təhlükəsiz əmək şəraiti, məzuniyyət hüququ, eləcə də sosial sığorta sistemində iştirak və gələcəkdə pensiya hüququnun əldə olunması yalnız əmək müqaviləsi əsasında mümkündür.
Qeyd olunub ki, işçi əmək fəaliyyəti zamanı əmək şəraiti, funksiyası, iş vaxtı, əməkhaqqı və ya digər şərtlərlə razı olmadıqda, onların dəyişdirilməsi üçün işəgötürənə müraciət edə bilər.
Əmək Məcəlləsinə uyğun olaraq, əmək müqaviləsinin şərtləri tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər.
-
ABŞ21:26İranın təkliflərindən məmnun deyiləm - Tramp
-
Nida Xəbər 20:00Azərbaycanda gömrük rüsumları ilə bağlı yeni qərar qüvvəyə mindi
-
Kriminal19:00Dövlət Bayrağına hörmətsizlik edən şəxs saxlanıldı - Foto
-
Hadisə18:50257 nömrəli məktəbdə nə baş verib? - Polis araşdırır
-
Nida Təhlil 17:54Azərbaycana qarşı kampaniya: Planlı və koordinasiyalı mexanizm
-
Sosial17:31Buraxılış imtahanının nəticələri elan olundu
-
Sosial17:03Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - FOTO
-
Sosial14:51Partlayışda yaralanan həkim dünyasını dəyişib?
















.png)











.png)

.jpg)






