İdman
"Benfika" rəsmən açıqladı: Mourinyo üçün "Real"dan nə qədər təzminat alıb?
"Benfika" baş məşqçisi Joze Mourinyunun "Real"a keçdiyini rəsmən açıqlayıb.
Publika.az xəbər verir ki, Madrid təmsilçisi 63 yaşlı mütəxəssisin müqaviləsində nəzərdə tutulan 15 milyon avroluq sərbəstqalma məbləğini ödəyib. Bu Portuqaliya klubunun yaydığı bəyanatda bildirilir.
Qeyd olunub ki, Mourinyu da bu keçidə razılıq verib və bununla da onun "Benfika"dakı ikinci dövrü başa çatıb.
"Real"ın Joze Mourinyunun təyinatını iyunun 10-da - bu gün rəsmən elan edəcəyi gözlənilir. İspaniyalı jurnalist Naço Barraqanın məlumatına görə, portuqaliyalı mütəxəssisin təqdimat mərasimi iyunun 11-i və ya 12-də keçiriləcək.
Mənbənin iddiasına əsasən, Mourinyu Madrid klubu ilə üçillik müqavilə imzalayacaq.
Xatırladaq ki, Joze Mourinyu 2010-2013-cü illərdə "Real"a rəhbərlik edib. Onun rəhbərliyi altında Madrid təmsilçisi İspaniya çempionu, İspaniya Kuboku və İspaniya Superkubokunun qalibi olub.
Müəllif: Tural
-
Sağlamlıq02:42Kəsilmiş qarpızı nə qədər saxlamaq olar?
-
ABŞ00:15ABŞ-ın məxfi "51-ci Zona"sında GÜCLÜ YANĞIN
-
Qoroskop00:00Günün ULDUZ FALI - Yeni ilham mənbələri tapa bilərsiniz
-
Səhiyyə30 İyul 23:48Diabetin gözlənilməz səbəbi - Yeni müalicə strategiyası yarana bilər
-
Magazin230 İyul 23:36Ben Afflek bir milyon dollar qazandı
-
Magazin130 İyul 23:12"Bunu evdən öyrənib efirə gəlin" - - Könül Kərimovadan irad
-
İdman30 İyul 22:24"Zirə" Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ
-
ABŞ30 İyul 22:12Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

















.jpg)















