Sosial
Bu gün işdən tez ÇIXA BİLƏCƏKSİNİZ
Bu gün Azərbaycanda qısa iş günüdür.
Publika.az xəbər verir ki, bu, Əmək Məcəlləsinin 108-ci maddəsində öz əksini tapıb.
Belə ki, 9 May - Faşizm üzərində Qələbə Günüdür.
Qanunvericiliyə görə, iş günü hesab edilməyən bayramqabağı günlərdə iş gününün müddəti həftəlik iş günlərinin sayından asılı olmayaraq bir saat qısaldılır.
Məcəlləyə görə, işçiyə iş günü hesab edilməyən bayram günləri görülən işə görə əməkhaqqı ödənilir.
Bundan başqa, istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü işləmiş işçinin arzusu ilə ona əməkhaqqı əvəzinə başqa istirahət günü verilə bilər.
Eyni zamanda, əməkhaqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir.
Qeyd edək ki, 9 May - Faşizm üzərində Qələbə Günü şənbəyə təsadüf etdiyindən, bazar ertəsi - 11 may da qeyri-iş günü olacaq. Beləliklə, ardıcıl 3 gün - 9, 10, 11 may tarixləri istirahət günləridir.(milli.az)
-
Region10:09Bütün səslər hesablandı: Ermənistan seçkilərinin nəticəsi bəlli oldu
-
Dünya10:00Bəşər Əsədin Moskva həyatı - Putin ona nəyi qadağan edib?
-
Nida Xəbər 09:12Emin Ağalarov ilk dəfə AÇIQLADI: İlham Əliyevlə belə tanış olub
-
Cənubi Qafqaz08:24MSK yeni məlumat yaydı - Paşinyanın səs faizi düşüb
-
Dünya06:52İsraildən cavab zərbələri: İranın bir neçə şəhərində partlayış səsləri eşidildi
-
Magazin106:16Atamın evləndiyini mediadan öyrəndim - Emin Ağalarov
-
ABŞ05:15Trampın paylaşdığı video olay oldu
-
Qoroskop03:43Bürclər bu günə nə deyir? - Qoroskop




































