Sosial
Heydər zirvəsinə yürüş həyata keçirildi - Foto
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ölkəmizdə silsilə tədbirlər həyata keçirilir.
Publika.az xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi də öz növbəsində Ulu Öndərin əziz xatirəsinə həsr olunan tədbirlərin təşkilində fəal iştirak edir. Aqrar, Ekologiya və Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Birliyi və Agentliyin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin bir qrup əməkdaşı Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində yerləşən Heydər zirvəsinə yürüş həyata keçirib.
Yürüş dəniz səviyyəsindən 3751 metr yüksəklikdə yerləşən zirvəyə qalxmaqla yekunlaşıb. Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi ziyarət olunaraq, onun əziz xatirəsi ehtiramla yad edilib. Ağır hava şəraitinə və mürəkkəb relyefə baxmayaraq, yürüş iştirakçıları qarşıya qoyulan məqsədə uğurla nail olub, Ümummilli Liderin ideyalarına sədaqət və dövlətçiliyimizə bağlılıqlarını nümayiş etdiriblər.
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
-
Sosial12:22Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
-
Nida Xəbər 11:46Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
-
Maraq dünyası10:18Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR
-
Sosial09:54Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər
-
İqtisadi gündəm09:36ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
-
Qoroskop09:12İyulda pul yağışı: Bu iki bürc böyük qazanc əldə edəcək
-
ABŞ08:49ABŞ İrana bu məsələdə kömək edəcək - Vens


































