Dünya
Xarq adası müharibə boyunca 548 dəfədən çox vurulub
ABŞ və İsrailin fevralın 28-dən başlayan hücumları fonunda İranın strateji əhəmiyyətli Xarq adası müharibə boyunca 548 dəfədən çox hədəfə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Xarq adasının icra başçısı Negahdar Hüseynpur konfransdakı çıxışında bildirib.
Onun sözlərinə görə, ən ağır zərbələrdən biri 17 martda qeydə alınıb və həmin gün adaya 50-dən çox hücum həyata keçirilib.
Hüseynpur bildirib ki, ada ilə materik arasındakı əlaqəni kəsmək məqsədilə 6 sərnişin gəmisi də hədəf alınıb. Lakin alternativ nəqliyyat vasitələrinin işə salınması sayəsində əlaqə tam kəsilməyib.
O, müharibə zamanı hücumlara baxmayaraq ölkənin neft ixracının 90 faizdən çoxunun Xarq adası vasitəsilə həyata keçirildiyini vurğulayıb.
Qeyd edək ki, İran sahillərindən təxminən 30 km məsafədə yerləşən Xarq adası ölkənin əsas neft ixrac mərkəzi kimi tanınır.
Müəllif: Roza
-
Rəsmi xronika13:53Prezident fərman imzaladı
-
Sosial12:47İcbari sığortada yeni qaydalar: Qəza edən sürücülər...
-
Sosial12:22Jurnalist vəsiqəsi ilə bağlı bu ödəniş ləğv edilir
-
Nida Xəbər 11:46Hidayət Orucovun cənazəsi Bakıya gətirildi
-
Maraq dünyası10:18Türkiyədə sensasiya yaradan tapıntı: İsa Məsihin saqqalsız təsviri - FOTOLAR
-
Sosial09:54Yeni qaydalar qüvvəyə mindi: Sığortanızı 30 faiz bahalaşdıra bilər
-
İqtisadi gündəm09:36ABŞ-ın borcu dünyada bahalaşma yaradacaq: Dollarla bağlı qorxulu proqnoz
-
Qoroskop09:12İyulda pul yağışı: Bu iki bürc böyük qazanc əldə edəcək



































