Sosial
Şəhidimizin vəsiyyəti yerinə yetirildi - Foto
44 günlük Vətən müharibəsinin şəhidi Müşfiq Abbasovun vəsiyyəti yerinə yetirilib və o, doğulduğu Ağdam rayonunun Abdal kəndində torpağa tapşırılıb.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, 1970-ci ildə Abdal kəndində anadan olan Müşfiq Abbasov 2020-ci il Vətən müharibəsində iki oğlu – Şamil və İntiqam Abbasovla birlikdə könüllü olaraq döyüşlərə qatılıb.
O, Ağdam istiqamətində aparılan əməliyyatlarda iştirak edib və 6 oktyabr 2020-ci ildə Qərvənd kəndi istiqamətində gedən ağır döyüşlər zamanı şəhid olub.
Şəhid Müşfiq Abbasov sağlığında torpaqlar azad olunacağı təqdirdə doğulduğu kənddə dəfn olunmasını vəsiyyət edib. Ağdamın işğaldan azad edilməsindən sonra ailəsinin və yaxınlarının qərarı ilə onun nəşi bir müddət Quzanlı qəsəbəsində yerləşən Şəhidlər xiyabanında saxlanıldıqdan sonra doğulduğu Abdal kəndinə köçürülərək yenidən dəfn olunub.
Müşfiq Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar



































