Sosial
Azərbaycan mədəni irs sahəsində qlobal innovasiya liderləri sırasında yer aldı
Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Böyük Britaniyanın nüfuzlu nəşri "Global Brand Magazine" tərəfindən təşkil olunan beynəlxalq müsabiqədə "İrsin qorunmasında ən yaxşı dövlət innovasiyası" nominasiyası üzrə qalib elan olunub.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Xidmətinə mükafatın təqdim edilməsində əsas meyarlar kimi "Vahid Mədəniyyət Reyestri" informasiya sisteminin yaradılması, 3000-dən çox daşınmaz mədəni irs nümunəsi üzrə məlumatların vahid rəqəmsal platformaya inteqrasiyası istiqamətində fəaliyyətlər, Qarabağ və Şərqi Zəngəzurda tarix və mədəniyyət abidələri üzrə genişmiqyaslı inventarlaşdırma və qiymətləndirmə işlərinin aparılması mühüm əhəmiyyət kəsb edib.
Bu çərçivədə Coğrafi İnformasiya Sistemi, dron və peyk texnologiyalarının tətbiqi, "MyCulture" vahid şəxsi kabinet sistemi üzərindən rəqəmsal müraciət imkanları, eləcə də şəffaflıq, operativlik və vətəndaşyönümlü dövlət xidməti modelinin formalaşdırılması üzrə davam edən fəaliyyətlərin əhəmiyyəti xüsusi qeyd olunub.
Qeyd edək ki, "Global Brand Magazine" beynəlxalq səviyyədə dövlət idarəçiliyi, innovasiya, korporativ transformasiya və institusional inkişaf sahələrində fəaliyyət göstərən qurumların qiymətləndirilməsi üzrə ən nüfuzlu beynəlxalq platformalardan biri hesab olunur.
Əldə olunan bu beynəlxalq uğur Azərbaycanın mədəni irs sahəsində həyata keçirdiyi dövlət siyasətinin möhkəm ənənələr, təkmil idarəetmə, innovasiya və dayanıqlı inkişaf prinsiplərinə əsaslandığını, ölkədə bu istiqamətdə nümunəvi idarəetmə modelinin formalaşdırılmasını nümayiş etdirir.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar

































