Sosial
Bakı Limanında “Gadamly” quru yük gəmisinin qarşılanma mərasimi keçirildi
“Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanında Türkmənistanda inşa edilmiş “Gadamly” ilk quru yük gəmisinin rəsmi qarşılanma mərasimi baş tutub.
Qurumdan Publika.az-a verilən məlumata görə, gəmi Bakı və Türkmənbaşı limanları arasında müntəzəm konteyner daşımalarının həyata keçirilməsinə cəlb ediləcək.
Yeni gəminin istismara verilməsi Orta Dəhliz, o cümlədən bu dəhlizin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı baxımından mühüm hadisə hesab olunur. Bu gəmi Xəzər dənizi üzərindən konteyner daşımalarının həcmini artırmaqla regionda logistika əlaqələrinin daha da möhkəmlənməsinə, yük axınlarının sürətlənməsinə və marşrutun beynəlxalq rəqabətqabiliyyətinin yüksəlməsinə töhfə verəcək.
Yükgötürmə qabiliyyəti 6 100 ton olan və 240 ədəd 20 futluq konteyner daşımaq imkanına malik “Gadamly” gəmisinin istismara verilməsi Bakı Limanının illik yükaşırma göstəricilərinin artımına da müsbət təsir göstərəcək. Gəmi Bakı–Türkmənbaşı istiqamətində konteyner daşımalarının optimallaşdırılmasına xidmət etməklə yanaşı, Orta Dəhliz üzrə artan yük tələbatının qarşılanmasına əlavə imkan yaradacaq.
Tədbirdə çıxış edən ADY sədrinin müavini Arif Ağayev Orta Dəhliz boyunca regional əməkdaşlığın gücləndirilməsi, limanlararası əlaqələrin genişləndirilməsi və Xəzər hövzəsində dayanıqlı nəqliyyat-logistika ekosisteminin formalaşdırılması istiqamətində həyata keçirilən təşəbbüslərin əhəmiyyətini vurğulayıb.
Türkmənistanın Azərbaycandakı səfiri Qurbanməmmet Elyasov çıxışı zamanı “Gadamly” quru yük gəmisinin Bakı Beynəlxalq Dəniz Limanına ilk səfərini iki ölkə arasında nəqliyyat-logistika sahəsində əməkdaşlığın inkişafında mühüm hadisə kimi qiymətləndirib, Türkmənistanın Xəzər regionunda tərəfdaşlığı daha da genişləndirməkdə maraqlı olduğunu vurğulayıb.
“Gadamly” gəmisinin fəaliyyətə başlaması Xəzər regionunda ticarət və nəqliyyat əlaqələrinin inkişafında yeni mərhələ kimi qiymətləndirilir və Orta Dəhlizin ötürücülük qabiliyyətinin artırılması istiqamətində atılan mühüm addımlardan biridir.
-
Dünya02:42Həmin pillə AYA ÇIRPILACAQ - Yerin təbii peykini toz dumanı bürüyəcək
-
Avropa01:41Bu ölkədə yüksək yanğın təhlükəsi xəbərdarlığı elan edildi
-
Magazin101:11Ruhəngiz Musəvi həyat yoldaşının qoyduğu qadağadan danışdı
-
Qoroskop00:00Günün ULDUZ FALI - Strateji qərarlar verə bilərsiniz
-
Cənubi Qafqaz28 İyul 23:36Ermənistanda əsgəri vəhşicəsinə döydülər: "Vəziyyəti o qədər ağır olub ki..." - FOTO
-
İdman28 İyul 23:24Uayt Makreqorla bağlı xəbəri çatdırdı - Ən azı bir il…
-
Dünya28 İyul 22:48Dünyanın ən yaxşı çimərlikləri - Ağ qum, firuzəyi rəngdə su...
-
Sosial28 İyul 22:24Tiktoker “Bəniz”in məhkəməsində gərgin anlar

































