Sosial
Azərbaycanda sürücüsüz avtomobillər olacaq
Azərbaycanda avtonom (sürücüsüz) nəqliyyat vasitələrinin istifadəsi yol qəzalarının azalmasına imkan verəcək.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deyib.
O qeyd edib ki, yol qəzaların 90 faizi insan faktoru ilə bağlıdır. Onun sözlərinə görə, avtonom nəqliyyat vasitələri, xüsusilə süni intellekt əsaslı tətbiqlər yol qəzalarının əhəmiyyətli dərəcədə azalmasına imkan verə bilər.
Nazir müavini bildirib ki, avtonom nəqliyyat vasitələrinin müsbət iqtisadi töhfələri də var: “İş rejimindən asılı olmadan istənilən vaxt bu avtomobillərdən istifadə etmək mümkündür. Həmçinin avtonom nəqliyyat vasitələri sürücü çatışmazlığının aradan qaldırılmasına imkan verir. Çində, ABŞ-da bu nəqliyyat vasitələrindən geniş istifadə edilir”.
-
Qoroskop01:40Günün ulduz falı: Qarşınıza bəzi çətinliklər çıxacaq
-
Magazin100:27Hüseyn Həsənov robotla Bakının mərkəzində gəzdi - Video
-
İdman30 Sentyabr 22:32Ronaldo millinin düşərgəsini tərk etdi, Madridə getdi - Onunla mübahisə edib?
-
Dünya30 Sentyabr 21:39Terror cəhdi: Pilot təyyarəni qəsdən qəzaya uğratmaq istəyib - Yeni detalllar
-
Sosial30 Sentyabr 19:00Limit 20 mindən 50 minə qaldırıldı: Gələn ildən... - Yeniləndi
-
Ekologiya30 Sentyabr 18:10Oktyabrın ilk günlərində leysan olacaq - Xəbərdarlıq
-
Nida Xəbər 30 Sentyabr 16:22Bu şəxslər dövlət qulluğunda vəzifə tuta bilməyəcək
-
Yaxın Şərq30 Sentyabr 13:20Qan içində olan sərnişin: “Qaçırılan” təyyarədən ilk FOTO yayıldı















.webp)



.jpg)














