Sosial
Türk Dünyası Həftəsinin yekunları müzakirə olundu - FOTO
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunan “Türk Dünyası Həftəsi” çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun mənzil-qərargahında Fondun prezidenti, professor Aktotı Raimkulova ilə Həftədə iştirak edən yerli və xarici qonaqlar arasında görüş keçirilib.
Publika.az xəbər verir ki, türk Mədəniyyəti və İrsi Fondundan verilən məlumata görə, 3 iyul tarixinə təsadüf edən görüşün əsas məqsədi “Türk Dünyası Həftəsi” çərçivəsində keçirilən tədbirlərin nəticələrinin ümumiləşdirilməsi, Həftə ərzində irəli sürülən fikir və təkliflərin müzakirəsi, eləcə də gələcək əməkdaşlıq istiqamətləri, birgə təşəbbüslər və strateji perspektivlər ətrafında fikir mübadiləsinin aparılması olub.
Qonaqları salamlayan Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Həftə çərçivəsində keçirilən tədbirlərin Türk dünyasının zəngin mədəni və intellektual potensialını nümayiş etdirməklə yanaşı, müxtəlif ölkələrin nümayəndələri arasında dialoqun inkişafına töhfə verdiyini bildirib.
Fondun prezidenti Həftənin yekunlarının yalnız keçirilmiş tədbirlərin nəticələrinin dəyərləndirilməsi ilə məhdudlaşmadığını, burada formalaşan yeni ideyaların və təşəbbüslərin gələcək layihələr üçün mühüm zəmin yaratdığını vurğulayıb.
Səmimi və konstruktiv müzakirələr şəraitində keçən görüş zamanı yerli və xarici qonaqlar “Türk Dünyası Həftəsi” ilə bağlı təəssüratlarını bölüşüb, keçirilən tədbirlərin məzmunu və əhəmiyyəti barədə fikirlərini ifadə ediblər. İştirakçılar Həftənin Türk dünyasının müxtəlif ölkələrindən olan nümayəndələri vahid platformada bir araya gətirməsini yüksək qiymətləndirərək, bu formatın gələcəkdə davam etdirilməsi və əhatə dairəsinin genişləndirilməsi ilə bağlı təkliflər səsləndiriblər.
Müzakirələr zamanı “Türk Dünyası Həftəsi”nin yüksək səviyyədə təşkili və uğurla keçirilməsinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə, eləcə də əməyi keçən bütün tərəfdaşlara dərin minnətdarlıq ifadə olunub.
Sonda tərəflər “Türk Dünyası Həftəsi” çərçivəsində qurulan dialoqun və yaranan əməkdaşlıq əlaqələrinin davam etdirilməsinin vacibliyini vurğulayıb, irəli sürülən təşəbbüslərin gələcək birgə layihələrə çevriləcəyinə əminliklərini bildiriblər.



-
Magazin202:43Kerem Bürsin əməliyyat olundu - Foto
-
Qoroskop01:40Günün qoroskopu: bu məsələlər diqqət mərkəzində olacaq
-
Kriminal00:45Dilqəm Əsgərova qarşı cinayət işi açıldı
-
Region28 Avqust 22:46Türkiyədə dəhşətli meşə yanğını: Evlər boşaldılır
-
Hadisə28 Avqust 22:18Azərbaycanda 11 yaşlı qız əməliyyatdan sonra öldü
-
Elm və təhsil28 Avqust 19:50DİM sədri şad xəbər verdi: 600-dən çox bal toplayıb kənarda qalanlar...
-
Nida Xəbər 28 Avqust 19:30Bu ölkənin səfiri Azərbaycan XİN-ə çağırıldı - Qərəzli süjetə etiraz
-
Hadisə28 Avqust 19:10Bakı metrosunda həyəcanlı anlar: qadın qatar yoluna düşdü
























.jpg)







.jpg)

.jpg)