Sosial
Şıx çimərliyində qalmaqallı görüntülər: Rəsmi qurum iddialara cavab verdi - VİDEO
Sosial şəbəkələrdə Şıx çimərliyində dənizə iri diametrli boru vasitəsilə çirkab suyuna bənzər maddənin axıdılmasını əks etdirən görüntülər yenidən paylaşılıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin mətbuat katibi Xanlar Mehdiyev Axar.az-a açıqlamasında bildirib ki, bu, yeni video deyil.
“Məlumat əməkdaşlarımız tərəfindən operativ şəkildə araşdırılmışdır. Araşdırma çərçivəsində Səbail rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən Şıx çimərliyinə və ətraf ərazilərə baxış keçirilmişdir. Müəyyən edilmişdir ki, sözügedən ərazidə gəmilərin yanalması məqsədilə müvafiq işlər aparılır.
Belə ki, gəmilərin limana təhlükəsiz yanalmasını təmin etmək məqsədilə xüsusi təyinatlı gəmilər vasitəsilə dənizin dib hissəsində dibdərinləşdirmə işləri həyata keçirilir. Bu proses zamanı dəniz dibindən çıxarılan qum və çöküntülərlə qarışmış su xüsusi boru vasitəsilə əraziyə ötürülür.
Yəni sosial şəbəkələrdə və bəzi media resurslarında çirkab su kimi təqdim edilən axıntı əslində çirkab su deyil, dibdərinləşdirmə işləri nəticəsində yaranan qumla qarışıq dəniz suyudur”, - o qeyd edib.
-
Sosial19:36Ərindən boşanmaq istədiyi üçün öldürülən qadının FOTOSU
-
İdman19:00Millimiz Litvaya qalib gəldi - YENİLƏNDİ
-
MDB17:00Kəşfiyyatdan şok məlumat: Rusiyanın minə yaxın ballistik raketi var
-
Maraq dünyası16:43Heyvanlarda da qisas hissi olurmuş - Şok video
-
Sağlamlıq16:0610 dəqiqəlik asta qaçış möcüzə yaradırmış - Araşdırma
-
İdman15:58Ronaldonun qarşısında papağımı çıxarıram! - Zidan
-
İdman15:00Lyubinskas: Azərbaycan və Litva futbolunda tənəzzül yaşanır
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu



































.jpg)