Sosial
Şəhid xanımından kövrək etiraf: "Ondan sonra yolumu dəyişdim..." - FOTO
Vətən müharibəsi şəhidi Elçin Mirzəyevin həyat yoldaşı Günel Mirzəyeva ASAN TV-yə müsahibə verib.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, övladlarından, onların gələcək planlarından danışan Günel Mirzəyeva şəhidlə bağlı xatirələrini də bölüşüb.
Kosmetoloq kimi fəaliyyət göstərən Günel Mirzəyeva bildirib ki, həyat yoldaşının vəfatından sonra peşəsini hərbçiliyə dəyişib: "Həyat yoldaşımla kollecdə tanış olmuşduq. Hələ də bizim sevgimizdən danışırlar. Deyirlər ki, bir Elçin-Günel var idi, bir-birlərini çox sevirdilər. Həyat yoldaşım şəhid olandan sonra mən yolumu dəyişdim, hərbiyə getdim. Düzdür, burada da tibb sahəsindəyəm. Yoldaşımdan sonra sanki 30 il qocaldım... Sevdiklərin üçün ayaqda durmalı olursan. Üç qız anasıyam. Böyük qızımın 18 yaşı var və tələbədir. Öz biznesini qurmaq istəyir. Ortancıl qızım memar, kiçik qızım isə atası kimi diş həkimi olmaq istəyir. Mən sadəcə qızlarım üçün ayaqda dayanmıram, bu həm də yoldaşıma verdiyim bir sözdür".
Qeyd edək ki, Mirzəyev Elçin Maqsud oğlu 31 iyul 1985-ci ildə Tərtər rayonunun Qərvənd kəndində dünyaya gəlib. 2002-ci ildə məktəbi bitirən Elçin Mingəçevir Tibb Kollecinin Ortopedik stomotologiya fakültəsinə daxil olub. 2007-ci ildə ailə quran Elçin Mirzəyev 2014-cü ildə kəşfiyyatçı olaraq, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləməyə başlayıb.
Vətən müharibəsinin ilk günündən də döyüşlərdə olub, ağır döyüşlərdən birində yaralanıb. Oktyabrın 10-u Tərtər-Ağdərə-Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.
-
Ekologiya06:16Güclü külək yenidən qayıdır... - Son 10 ilin statistikası nə deyir?
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?























.jpg)














