Sosial
Kapital Bank istiqrazlarına abunə yazılışı başladı: illik 10% gəlirlə investisiya edin
Ölkənin birinci bankı vəsaitini dəyərləndirmək istəyənlər üçün yeni investisiya imkanı yaradır. Kapital Bank fond bazarına ümumi həcmi 100 milyon manat olan istiqraz proqramının ilk 50 milyon manatlıq tranşını təqdim edir. İllik 10% gəlirlilik, aylıq faiz ödənişi və 100 manatdan başlayan investisiya imkanı verən istiqrazlar həm təcrübəli investorlar, həm də investisiyaya ilk dəfə başlamaq istəyənlər üçün uğurlu seçimdir.
Kapital Bank istiqrazlarına abunə yazılışı 1 avqust 2026-cı il tarixinədək davam edəcək. İstiqrazın müddəti 1 il təşkil edir. İstiqrazlara Birbank Invest tətbiqi vasitəsilə bir neçə addımda tam rəqəmsal şəkildə abunə yazılmaq mümkündür. Bunun üçün tətbiqin “İnvestisiya” bölməsində yerləşən “Yerli bazar” bannerini seçmək kifayətdir.
Birbank Invest tətbiqini yükləmək üçün: https://www.b-b.az/PPhZ8q
Rəqəmsal kanallarla yanaşı bütün Kapital Bank/Birbank filiallarında da istiqrazlara abunə yazılmaq olar. Abunə yazılışı üçün minimum və maksimum alış limiti yoxdur. Sifarişlərin icrası zamanı ilk növbədə fiziki şəxslərin sifarişlərinə üstünlük verilir. Filiallarda sifariş zamanı fiziki şəxslər üçün bütün komissiya xərcləri bank tərəfindən qarşılanır.
Ətraflı məlumat: https://www.b-b.az/gEn4Ac
Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Na HYPERLINK “https://ccl.birbank.az/az/order/GTKR?utm_medium=pr&utm_source=kb&utm_campaign=0-TRF-gundelik-telebat-krediti-general&utm_content=pr”ğd pul krediti və Birbank kart HYPERLINK “https://birbank.az/cards/all?utm_medium=pr&utm_source=kb&utm_campaign=0-TRF-taksit-kartlari-general&utm_content=pr”ı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz.
-
Qoroskop01:40Günün ulduz falı: Rutin həyat tərzindən uzaqlaşacaqsız
-
Hadisə00:45Azərbaycanda yaxın günlərdə zəlzələlər gözlənilir
-
Sağlamlıq14 Avqust 23:35Satıcıların “möcüzəvi” kimi təqdim etdiyi ekzotik bal təhlükəli imiş - Zəhərləyir
-
Magazin214 Avqust 23:15Gökhan Özen ikinci dəfə evləndi - Foto
-
Ekologiya14 Avqust 22:32Böyükşor gölü niyə yaşıl rəngə boyandı? - Rəsmi açıqlama
-
Hadisə14 Avqust 21:13Azərbaycanda güclü zəlzələ oldu
-
MDB14 Avqust 20:36Ruslar Şimali Koreyaya axın edir - Nə baş verir?
-
Ekologiya14 Avqust 20:12Həftəsonu ilə bağlı vacib xəbərdarlıq






















.jpg)


.jpg)












