Sosial
“SocGov 2026” beynəlxalq forumu çərçivəsində müsabiqə elan olunur
Bu ilin oktyabr ayında Xankəndi şəhərində keçiriləcək “SOCGOV 2026 – Ağıllı idarəetmə üçün rəqəmsal təhlil” beynəlxalq forumu çərçivəsində ”Aİ4DOST Sosial Mükafatı 2026” müsabiqəsi elan olunur.
Publika.az xəbər verir ki, müsabiqənin məqsədi sosial sahədə qabaqcıl təcrübələrin və innovativ həllərin, sosial təsiri yüksək olan təşəbbüslərin müəyyən edilərək geniş miqyasda tanıdılması və təbliğidir.
Beynəlxalq səviyyəli müsabiqə aşağıdakı 4 kateqoriya üzrə keçirilir:
Sosial sahədə süni intellekt əsaslı rəqəmsal həllər - sosial xidmətlərin göstərilməsində və sosial rifahın idarə olunmasında süni intellekt və rəqəmsal texnologiyalara əsaslanan həllər üzrə layihələr;
Sosial könüllülük və vətəndaş təşəbbüsləri - könüllülük fəaliyyəti, icma əsaslı layihələr və həssas qruplara dəstək təşəbbüsləri;
Sosial sahənin inkişafına elmi töhfə – sosial siyasət, sosial xidmətlər və sosial idarəetmə sahəsində elmi tədqiqatlar və analitik yanaşmalar;
Regional sosial təşəbbüs – regionlarda sosial problemlərin həllinə yönəlmiş yerli və davamlı layihələr.
Müsabiqə çərçivəsində aşağıdakı fərdi nominasiyalar üzrə yerli müsabiqə də elan olunur:
İlin gənc sosial innovatoru
Sosial transformasiya lideri / təşəbbüskarı
Sosial sahənin inkişafına davamlı töhfəyə görə
Müsabiqədə iştirak üçün müraciətlər 2026-cı ilin 15 iyul – 1 sentyabr tarixləri arasında https://socgov.az saytı vasitəsi ilə qəbul olunacaq. Müsabiqənin qaliblərinin mükafatlandırılma mərasimi SOCGOV 2026 forumu çərçivəsində keçiriləcək.
-
Maraq dünyası13:55Kaşpirovski "meyitimi yandırın!" deyibmiş - Arzu reallaşacaq?
-
MDB13:27Xalq rəssamı emalatxanada vəfat etdi, meyiti 1 ay sonra tapıldı - Foto
-
Magazin213:00Sinəsinə lağ edənlərə cavab verdi: Güzgüdə özünüzə baxın! - Foto
-
Ekologiya12:43Şimşək çaxacaq, yağış yağacaq - Hava proqnozu
-
Ekologiya12:26Qar Quba və Qusarda möhtəşəm mənzərələr yaratdı - Fotolar
-
Hadisə10:31Abşeronda binada partlayış oldu: Xəsarət alan var - VİDEO
-
Sağlamlıq08:00Göbələklərin gözlənilməz təhlükəsi üzə çıxdı
-
Ekologiya07:17Bu ərazilərə qar yağacaq - HAVA PROQNOZU




































.jpg)
