Sosial
Peşə və kvalifikasiya standartı nədir, nə üçün lazımdır?
Peşə və kvalifikasiya standartları işçinin müvafiq peşə və ixtisas üzrə yerinə yetirməli olduğu işin məzmununa və əmək şəraitinə qoyulan minimum tələblərin məcmusudur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Publika.az-a verilən məlumata görə bu standartlar əmək bazarının tələblərinə uyğun kadr hazırlığının təşkilində, işçi qüvvəsinin keyfiyyətinin artırılmasında və beynəlxalq standartlara uyğunlaşdırılmasında baza rolunu oynayır.
Dövlət orqanları və təşkilatlar, hüquqi və fiziki şəxslər, eləcə də xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri əmək bazarının tələblərinə uyğun olaraq müvafiq standartın hazırlanması və ya yenidən hazırlanması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edə bilər.
Müvafiq qaydada hazırlanmış standart Nazirliyin Kollegiyasında təsdiq olunduqdan sonra qüvvəyə minir və Peşə və Kvalifikasiya Standartlarının Reyestrinə (Reyestr) (https://professionstands.sosial.gov.az/ProfessionStands/) yerləşdirilir.
Cari ilin I yarımilində əmək bazarında prioritet peşələr üzrə daha 138 peşə və kvalifikasiya standartı təsdiq edilərək Reyestrə daxil edilib. Bununla da Reyestrdə mövcud olan standartların sayı 1700-ə çatıb.
Qeyd edək ki, cari ildə 166 peşə üzrə 332 peşə və kvalifikasiya standartının hazırlanması və yenilənməsi ilə bağlı işlər aparılır.
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
