Sosial
6 ayda Azərbaycana 192 ölkədən giriş olub
2026-cı ilin ilk 6 ayı ərzində ölkəyə 192 ölkənin vətəndaşı tərəfindən ümumilikdə 1 091 865 giriş qeydə alınıb.
Publika.az xəbər verir ki, bunu “Miqrasiya sahəsində media məlumatlılığı" mövzusunda mediatur çərçivəsində Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib.
Onun sözlərinə görə, ölkəyə ən çox səfər edən vətəndaşların mənsub olduqları ilk beş ölkə Rusiya, Türkiyə, Gürcüstan, İran və Qazaxıstandır.
“Cari ilin ilk 6 ayı ərzində Xidmətə müxtəlif istiqamətlər üzrə 420.961 müraciət daxil olub. Müraciətlərin 55.8 faizi elektron qaydada qəbul edilib. Elektron müraciətlərin 69,8 faizi üzrə müraciət müəllifləri müraciətlərinin nəticəsini sistem vasitəsilə real vaxt rejimində əldə ediblər.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı ilə bağlı 149 714 müraciət daxil olub.
Yaşama icazələrinin verilməsi və müddətinin uzadılması ilə bağlı ümumilikdə 38.884 müraciət qəbul edilib”.
Vüsal Hüseynov qeyd edib ki, cari ilin ilk 6 ayında Azərbaycana digər ölkələrdən giriş edənlərin sayı ötən ilin ilk 6 ayı ilə müqayisədə azalıb:
“Bu, BƏƏ, Oman, Küveyt və Hindistandan gələnlərin sayında daha çox müşahidə olunub. İlin sonuna qədər bu statistika dəyişə bilər”.
Müəllif: Roza Şəfiyeva
-
Elm və təhsil04:44Təhsil işçiləri təltif edildilər - SİYAHI
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...


































.jpg)
