Sosial
Lerikdə ev quşları kütləvi şəkildə tələf olur
Lerik rayonunda da ev quşlarının kütləvi tələfatı müşahidə olunmağa başlayıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə rayonun Dizdipok kəndində qeydə alınıb. Kənd sakini İntiqam Qafarovun təsərrüfatında 100-ə yaxın ev quşu tələf olub.
Yerli sakinlərin sözlərinə görə, xəstələnən quşlarda əvvəlcə pipik hissəsində qaralma, daha sonra isə titrəmə əlamətləri müşahidə olunur. Qısa müddət sonra isə quşlar tələf olur.
Təsərrüfat sahibləri bildirirlər ki, quşlarda titrəmə ilə müşayiət olunan belə xəstəlik əlamətinə ilk dəfə rast gəlirlər. Onların sözlərinə görə, xəstəlik əsasən cücələrə və nisbətən cavan toyuqlara təsir edir, yaşlı toyuqlar isə xəstəliyə qarşı daha davamlı görünür.
Təsərrüfat sahibi İntiqam Qafarovun sözlərinə görə, analoji vəziyyət qonşu kəndlərdə də müşahidə olunur və qısa müddətdə bir təsərrüfatdakı quşların böyük hissəsi tələf olur.
Qeyd edək ki, son günlər cənub bölgəsinin digər rayonlarında da ev quşlarının kütləvi tələfatı ilə bağlı oxşar hallar qeydə alınır.
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava



































.jpg)
