Sosial
Azərbaycanlı iş adamının 19 illik restoranı əlindən alınır
Rusiyanın Voronej şəhərində yerli iş adamı Yusif Xəlilovun Donbass küçəsində yerləşən “Fort” restoranının binası üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı mülki iş yenidən Leninski Rayon Məhkəməsinə daxil olub. İşə yenidən baxılması barədə qərarı prokuror yoxlamasının nəticələrini araşdıran vilayət məhkəməsi qəbul edib.
Publika.az lent.az-a istinadla xəbər verir ki, rayon məhkəməsinin məlumat bazasına əsasən, iş üzrə ilkin iclas avqustun 10-na təyin olunub.
Yusif Xəlilovun şəhər administrasiyasına və vilayətin Əmlak və Torpaq Münasibətləri Nazirliyinə qarşı iddiası üzrə ilk qərar 2007-ci il fevralın 2-də verilib. Həmin qərarla rayon məhkəməsi azərbaycanlı diasporunun nümayəndəsi olan iş adamının 800 kvadratmetr sahəsi olan qanunsuz tikili üzərində mülkiyyət hüququnu tanıyıb. Ərazi əvvəlcə ticarət pavilyonunun tikintisi üçün ayrılıb.
Sahibkarın xeyrinə qərarın verilməsinə onun təşəbbüsü ilə aparıldığı bildirilən texniki-tikinti ekspertizasının rəyi əsas olub. Lakin 2026-cı ilin yanvarında keçirilən prokuror yoxlaması göstərib ki, binanın yerləşdiyi torpaq sahəsinin icarə müqaviləsinin qüvvədə olduğu dövrdə Voronej meriyası obyektin tikintisinə və ya yenidən qurulmasına icazə verməyib. Həmçinin heç bir tərəfin təşəbbüsü ilə məhkəmə ekspertizasının keçirilmədiyi müəyyən edilib.
Vilayət məhkəməsi daha əvvəl belə açıqlama verib:
“Prokurorun fikrincə, bina, daha sonra isə torpaq sahəsi üzərində mülkiyyət hüququ Voronej şəhər administrasiyasının və Voronej vilayəti administrasiyasının Dövlət Əmlakı Baş İdarəsinin əməkdaşlarının qanunsuz əməlləri nəticəsində əldə olunub”.
Nəzarət orqanının irəli sürdüyü arqumentlərə baxmayaraq, Leninski Rayon Məhkəməsi 2026-cı ilin mayında Rusiya Cinayət Məcəlləsinin 159-cu — “Dələduzluq” maddəsi üzrə cinayət məsuliyyətinə cəlbetmə müddətinin bitməsi səbəbindən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar çıxarıb. Qərar bəraətverici olmayan əsaslarla qəbul olunub.
Vilayət məhkəməsi isə qeyd olunan hər iki qərarı ləğv edərək işi yenidən baxılması üçün aşağı instansiya məhkəməsinə göndərib.
-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava



































.jpg)
