Sosial
Laçında müharibə veteranları üçün yaradılan kiçik təsərrüfatlara MEDİATUR - FOTO
İşğaldan azad edilmiş ərazilərə qayıtmış sakinlərin, o cümlədən müharibə veteranları və onların ailə üzvlərinin məşğulluğunun təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlərlə media nümayəndələrini əyani tanış etmək məqsədilə Laçın rayonuna mediatur təşkil edilib.
Publika.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən gerçəkləşən səfər çərçivəsində iştirakçılara azad edilən ərazilərə köçürülən sakinlərlə bağlı icra olunan aktiv məşğulluq proqramları barədə ətraflı məlumat verilib.
Bildirilib ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 11 256 nəfərin məşğulluğu təmin edilib. Onlardan 907 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb, 558 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.
Mediatur zamanı media nümayəndələri əvvəlcə Vətən müharibəsi iştirakçısı olan Laçın rayon sakini Şahin İsgəndərov üçün özünüməşğulluq proqramı vasitəsilə yaradılmış arıçılıq təsərrüfatı və digər Vətən müharibəsi iştirakçısı Azər Qarayevin avtotəmizləmə xidməti sahəsi ilə tanış olublar.
Daha sonra jurnalistlər müharibə veteranı ailə üzvləri — Ramin Həsənov üçün qurulmuş dönərxana, həmçinin Elvin Aslanzadə üçün yaradılmış kişi bərbərxanasının fəaliyyətinə baş çəkiblər.
Proqram iştirakçıları göstərilən dövlət dəstəyi sayəsində doğma yurdlarında öz bizneslərini quraraq fəaliyyətlərini uğurla davam etdirdiklərini vurğulayıblar.






-
MDB02:42Medvedev Ermənistana xəbərdarlıq etdi
-
Nəqliyyat00:30Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Oğrulardan ehtiyatlı olun
-
İdman3 Oktyabr 21:36İspaniya mətbuatından Arda Güler şərhi: “Daimi kabus yaşayır”
-
Magazin23 Oktyabr 20:36Hülya Avşar makiyajsız halı ilə diqqət çəkdi - (Foto)
-
Magazin23 Oktyabr 19:00Məşhur aktyorun 13 yaşlı qızı niyə ölüb?
-
İdman3 Oktyabr 18:25Baş məşqçidən Ronaldoya sülh təklifi - Neytral ərazidə...
-
Ekologiya3 Oktyabr 17:13Bu ərazilərə qar yağır - Faktiki hava


































.jpg)
