Sosial
FHN gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirdi - VİDEO
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin birgə təşkilatçılığı ilə Mingəçevir şəhərində “Kiçikhəcmli su nəqliyyatı vasitələrində yanğın təhlükəsizliyi” mövzusunda tədbir keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirdə FHN-in müvafiq qurumlarının, Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir Bələdiyyəsinin, Daxili İşlər Nazirliyinin yerli struktur bölməsinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndələri, kiçikhəcmli gəmi istifadəçiləri və Kür çayının sahilində yerləşən yanalma körpüsü və dayanacaq bazasının məsul şəxsləri iştirak ediblər.
Mingəçevir Gənclər Evində keçirilən tədbirdə kiçikhəcmli gəmilərdə və onların dayanacağı üçün nəzərdə tutulmuş bazalarda, yanalma körpülərində yanğın təhlükəsizliyinin təmin edilməsinin vacibliyindən danışılıb.
Tədbirdə kiçikhəcmli gəmilərin təhlükəsiz istismarı ilə bağlı müzakirələr aparılıb, bu tipli su nəqliyyatı vasitələrində baş verə biləcək yanğın hadisələrinin insanların həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı diqqətə çatdırılıb. Eyni zamanda, qeyd edilən sahədə kiçikhəcmli gəmi istifadəçiləri, həmçinin yanalma körpü və dayanacaq bazalarının cavabdeh şəxsləri tərəfindən profilaktik tədbirlərin gücləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğu vurğulanıb.
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək






































.jpg)

