Sosial
Azercell ilk yeni nəsil diler mağazasını istifadəyə verib - FOTO
Yeni konsepsiya rəqəmsal həlləri, satış və fərdiləşdirilmiş xidməti vahid məkanda birləşdirir
Azercell abunəçilərə rəqəmsal həllər vasitəsilə daha müasir və çevik xidmət imkanları təqdim etmək məqsədilə yeni konsepsiyalı ilk diler mağazasını istifadəyə verir. Bakı şəhəri, Şıxəli Qurbanov küçəsi 15A ünvanında yerləşən mağaza rəqəmsal texnologiyaları, müştəriyönümlü xidmət modelini və müasir pərakəndə satış həllərini vahid məkanda bir araya gətirir.
Qlobal telekommunikasiya sektorunun qabaqcıl təcrübələri nəzərə alınmaqla hazırlanmış yeni konsepsiyada xidmət prosesinin sadələşdirilməsinə və abunəçilərin ehtiyaclarına uyğun daha çevik modelin yaradılmasına xüsusi diqqət yetirilib.
Mağazada tətbiq olunan rəqəmsal özünəxidmət həlləri abunəçilərə bir sıra əməliyyatları daha rahat və sürətli şəkildə həyata keçirməyə şərait yaradır. İnteraktiv ekranlar vasitəsilə məhsul və xidmətlər haqqında məlumat əldə etmək və mövcud seçimlərlə tanış olmaq mümkündür. Eyni zamanda, fərdi dəstəyə ehtiyacı olan abunəçilərə təmsilçilər tərəfindən xidmət göstərilir.
Yeni konsepsiya pərakəndə satış təcrübəsini də əhatə edir. Mağazada Azercell-in məhsul və xidmətləri ilə yanaşı, müxtəlif cihazlarla tanış olmaq və onları əldə etmək mümkündür. Rəqəmsal həllərin satış prosesinə inteqrasiyası isə məhsullar haqqında məlumatın daha rahat əldə olunmasına şərait yaradır.
Yeni nəsil mağazanın istifadəyə verilməsi Azercell-in müştəri xidmətlərinin rəqəmsallaşdırılması və xidmət keyfiyyətinin təkmilləşdirilməsi istiqamətində atdığı növbəti addımdır. Şirkət abunəçiləri üçün daha rahat, çevik və müasir xidmət imkanları yaratmağa davam edəcək.





-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi







.jpg)














.png)
















