Sosial
Bölgələrdə “Himayədar ailə” mövzusunda görüşlər keçirildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən “Himayədar ailə” institutunun təbliği məqsədilə bir sıra rayon və şəhərlərdə yerli sakinlərlə görüşlər keçirilib.
Bu barədə Publika.az-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, Qax, Bərdə, Biləsuvar, Şirvan, Salyan, Saatlı, Göyçay və Neftçalada təşkil edilən görüşlərdə 300-dən çox vətəndaş iştirak edib.
Görüşlər zamanı “Himayədar ailə” qayğı modelinin üstünlüklərindən bəhs edilib. Qeyd edilib ki, bu model valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində böyüməsinə, onların fiziki, psixoloji və sosial inkişafının dəstəklənməsinə yönəlmiş alternativ qayğı növüdür.
Eyni zamanda himayədar valideyn olmaq üçün müraciət qaydaları, namizədlərə dair tələblər və seçim mərhələləri barədə məlumat verilib.
Sonda iştirakçıların sualları cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi










.jpg)














.png)
















