Sosial
Birinci Aşıqlı kəndinin uşaqlarına Bilik Günü sürprizi – “OBA”dan 100 şagirdə dəstək - FOTO
Fəaliyyətinin 10 illiyini qeyd edən “OBA” marketlər şəbəkəsi 15 sentyabr – Bilik Gününə özəl olaraq Beyləqan rayonunun Birinci Aşıqlı kəndində “İşıqlı sabahımız naminə” adlı korporativ sosial məsuliyyət layihəsi həyata keçirib.
Publika.az xəbər verir ki, şəhid Rauf Həsənovun adını daşıyan tam orta ümumtəhsil məktəbində keçirilən tədbirdə 100 şagirdə məktəb çantaları, müxtəlif dərs vəsaitləri və hədiyyələr təqdim olunub. Layihə “Güvən” İctimai Birliyinin dəstəyi ilə reallaşıb.
Proqram çərçivəsində məktəblilər üçün xüsusi əyləncəli proqram da təşkil edilib. Animator, face art və sehrbazın iştirakı ilə keçirilən əyləncəli hissə balacalara sevinc dolu anlar yaşadıb, onların Bilik Gününə xoş əhval-ruhiyyə ilə başlamasına rəng qatıb.
“İşıqlı sabahımız naminə” layihəsi uşaqların təhsilinə dəstək olmaq, onların yeni dərs ilinə sevinc və motivasiya ilə başlamalarına töhfə vermək məqsədi daşıyıb.
Qeyd edək ki, layihə “OBA”nın fəaliyyətinin 10 illiyinə həsr olunmuş “Qonşuluqda 10 iz” silsilə korporativ sosial məsuliyyət layihələri çərçivəsində təşkil olunub.
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi







.jpg)











.png)
















