Sosial
Bu işçilər gəlir vergisindən azad ediləcək
Pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində pay əldə edən işçilərlə bağlı gəlir vergisindən azad edilmə halları olacaq.
Publika.az verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, aşağıdakı şərtlər daxilində işçilərin pay (səhm) iştirakı planı haqqında müqavilələr çərçivəsində əvəzsiz və ya güzəştli şərtlərlə əldə etdiyi pay (səhm) üzrə gəlirlər (fayda), habelə belə müqavilələr çərçivəsində əldə edilən aktivin (payın, səhmin) digər şəxslərə təqdim edilməsindən yaranan gəlir 2027-ci il yanvarın 1-dən 10 il müddətinə gəlir vergisindən azad ediləcək:
- payı (səhmi) əldə olunan və təqdim edilən müəssisənin texnologiyalar parkının rezidenti olması və texnologiyalar parkının fəaliyyətindən kənar fəaliyyətlə məşğul olmaması;
- payı (səhmi) əldə edən işçinin çalışdığı müəssisədə azı bir il ərzində fəaliyyət göstərməsi;
- payın (səhmin) vergidən azad edilən dəyəri həmin payın (səhmin) xalis aktivlərin dəyərinə mütənasib məbləği (müəssisənin aktivlərinin yenidən qiymətləndirilmə nəticəsində yaranan artım istisna olmaqla) qəbul olunur.
Qəbul ediləcəyi təqdirdə bu Qanun 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.
-
Qoroskop01:20Günün ulduz falı: sürprizlərə hazır olun!
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı








.jpg)









.webp)



















