Sosial
Sumqayıtda 13 tibb işçisi bir gündə işdən çıxarılıb: Baş həkimlər də var
Sumqayıt Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 13 əməkdaş bir gündə işdən azad edilib. İşdən çıxarılanlar arasında üç poliklinikanın baş həkimləri də var.
Publika.az Teleqraf-a istinadən xəbər verir ki, buna səbəb vətəndaşlara sağlamlıq haqqında tibbi arayışların qısa müddət ərzində verilməsi olub.
Məlumata əsasən, TƏBİB tərəfindən aparılan araşdırma zamanı Sumqayıt Tibb Mərkəzinin tabeliyindəki poliklinikalarda sağlamlıq arayışlarının 20 dəqiqə ərzində verildiyi müəyyən edilib. Qurum bunu prosedur pozuntusu kimi qiymətləndirib.
Nəticədə 13 əməkdaşın əmək müqaviləsinə eyni gündə xitam verilib.
İşdən azad edilənlər arasında Sumqayıt şəhər 1, 2 və 3 nömrəli poliklinikaların baş həkimləri də var. Həmçinin həmin tibb müəssisələrində çalışan katibələr də eyni səbəblə işdən çıxarılıb.
Məsələ ilə bağlı TƏBİB-in rəsmi mövqeyi hələlik məlum deyil.
Tibb işçiləri bu qərarın əsassız olduğunu bildirirlər.
-
Nida Xəbər 23 Oktyabr 23:35Suriyalıların girovuna çevrilən Türkiyə və seçki ambisiyaları - DETALLAR
-
Hadisə23 Oktyabr 21:39Qara dənizdə vurulan gəmidəki azərbaycanlılar otelə yerləşdirildi - Foto
-
Dünya23 Oktyabr 21:13Rusiya və Ukrayna razılığa gəldi - Bu tarixdə Xersonda atəşkəs başlayacaq
-
Nida Xəbər 23 Oktyabr 20:24Azərbaycan səfiri Dövlət Baxçalı ilə görüşdü
-
Hadisə23 Oktyabr 19:00Qara dənizdə vurulan gəmidəki azərbaycanlılarla bağlı - XİN-dən açıqlama
-
Hadisə23 Oktyabr 17:56Vurulan gəmidə sağ qalan azərbaycanlılar - Adlar
-
Rəsmi xronika23 Oktyabr 16:10Prezident təsdiqlədi: DİN və XİN-ə konkret vəzifələr tapşırıldı
-
Rəsmi xronika23 Oktyabr 15:22Prezidentin sosial şəbəkə hesablarında video paylaşıldı








.jpg)







.webp)






















