Zelenski dörd cəbhədə böhranla üz-üzə: Trampın qərarları vəziyyəti ağırlaşdırdı
Bizi izləyin

Dünya

Zelenski dörd cəbhədə böhranla üz-üzə: Trampın qərarları vəziyyəti ağırlaşdırdı

Zelenski dörd cəbhədə böhranla üz-üzə: Trampın qərarları vəziyyəti ağırlaşdırdı

Ukrayna prezidenti Vladimir Zelenski son dövrlərin ən ciddi sınağı ilə üzləşib. Çünki onun mövqeləri eyni vaxtda dörd əsas istiqamət üzrə zəifləyir.

Publika.az xəbər verir ki, bu barədə “The American Conservative” nəşri yazıb.

Bildirilib ki, Zelenskinin üzləşdiyi böhran ölkə daxilində ona münasibətin pisləşməsi, öz partiyasında dəstəyin azalması, Avropadan maliyyə yardımının ixtisar edilməsi, eləcə də ABŞ prezidenti Donald Trampla münasibətlərin kəskin şəkildə gərginləşməsi ilə bağlıdır.

Həlledici məqam isə ABŞ liderinin Rusiya prezidenti Vladimir Putinlə dizel yanacağının tədarükünə dair razılaşma əldə etmək, Kiyevdən Rusiyanın neft emalı zavodlarına hücumları dayandırmağı tələb etmək və Moskvaya qarşı yeni sanksiyaların tətbiqindən imtina etmək barədə qərarları olub.

Valeh

Oxumağa davam et
Reklam
Reklam

Gündəm