Sosial
Aydın Balayevin “Azərbaycan türkləri” kitabı Azərbaycan dilində işıq üzü görüb
Tanınmış tarixçi alim Aydın Balayevin “Azərbaycan türkləri: XIX–XX əsrlərdə milli kimliyin formalaşmasının əsas mərhələləri” əsərinin Azərbaycan dilinə tərcüməsi nəşr edilib.
Publika.az xəbər verir ki, kitab Azərbaycan tarixşünaslığının ən mühüm və mürəkkəb mövzularından birinə – Azərbaycan millətinin təşəkkülü, milli kimliyinin formalaşması və inkişafına həsr olunub.
Əsər yalnız tarixi hadisələrin xronoloji ardıcıllığını təqdim etmir, həm də xalqın millətə çevrilməsi prosesinin mahiyyətini, bu prosesə təsir göstərən siyasi, sosial-iqtisadi, mədəni və ideoloji amilləri elmi müstəvidə araşdırır.
Azərbaycan xalqının mMlli kimliyi hansı tarixi mərhələlərdən keçib? Azərbaycan ziyalıları milli özünüdərkin formalaşmasında hansı rolu oynayıblar?
Aydın Balayev bu suallara konkret tarixi faktlara və müasir elmi nəzəriyyələrə əsaslanaraq cavab verir. Müəllif müasir Azərbaycan millətinin formalaşmasının yalnız obyektiv tarixi proseslərin deyil, həm də Azərbaycan ziyalılarının məqsədyönlü və fədakar fəaliyyətinin nəticəsi olduğunu göstərir.
Əsərin elmi özünəməxsusluğunu şərtləndirən əsas məqamlardan biri də müəllifin milli kimlik məsələsinə konstruktivist nəzəriyyə prizmasından yanaşmasıdır.
Azərbaycan türklərinin milli kimliyinin son iki əsrdə keçdiyi təkamül yolunu əhatə edən bu fundamental tədqiqat oxucuya Azərbaycan türklərinin keçmişibi daha dərindən anlamaqla yanaşı, müasir milli kimliklərinin intellektual və ideoloji köklərini dərk etmək imkanı yaradır.
Əsərin Azərbaycan dilində nəşr olunması milli kimlik tarixinə dair elmi biliklərin daha geniş oxucu auditoriyasına çatdırılması baxımından əhəmiyyətlidir.
Kitab yalnız tarixçilər və etnoloqlar üçün deyil, milli yaddaşına, tarixi köklərinə və mənsub olduğu millətin formalaşma prosesinə maraq göstərən hər bir oxucu üçün dəyərli mənbədir.
Əsər ilk dəfə rus dilində 2022-ci ildə nəşr olunub.
-
Rəsmi xronika15:08Prezident Latviya Prezidentini təbrik etdi
-
Nida Xəbər 14:37ABŞ-da Azərbaycan bayrağı endirilib? - Dövlət Komitəsindən açıqlama
-
Nida Xəbər 14:31Hafiz Məmmədovun ailəsinin əmlakları ilə bağlı yeni qərar
-
Elm və təhsil13:40“Diplom varsa, avtomatik biliklər də var” - Nazir bu yanaşmanı tənqid etdi
-
İdman12:33Məşhur model futbolçunu "ovlamaq" üçün hər yola əl atdı, amma... - FOTO
-
Elm və təhsil12:27Emin Əmrullayevin oğlu deyilmiş? - Uşaq özü HƏQİQƏTİ AÇIQLADI - VİDEO
-
Nida Xəbər 11:33Muxtar Maniyevin oğlu vəzifədən azad edildi
-
Sosial11:18Prezidentin qızı və gəlini konsertdə - FOTOLAR










.jpg)
.jpg)



.png)


.jpg)



















