ABŞ-ın “Patriot” raketlərinin istehsalına Fransadan zərbə: Əsas material çatışmır
Bizi izləyin

Dünya

ABŞ-ın “Patriot” raketlərinin istehsalına Fransadan zərbə: Əsas material çatışmır

ABŞ-ın “Patriot” raketlərinin istehsalına Fransadan zərbə: Əsas material çatışmır

ABŞ “Patriot” hava hücumundan müdafiə raketlərinin istehsalını artırmaqda ciddi çətinliklə üzləşib. Səbəb raketlərin yeni modifikasiyalarında istifadə olunan karbonlaşdırılmış viskozanın çatışmazlığıdır.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” ABŞ hərbi dairələrindəki mənbələrinə istinadən məlumat yayıb.

İlin əvvəlində Pentaqonun yüksək vəzifəli əməkdaşı təchizatçılardan birinə müraciət edərək materialın tədarükünün artırılmasını istəyib. Lakin şirkət bu tələbi yerinə yetirə bilməyəcəyini bildirib. Bu material minlərlə dərəcə istiliyə davam gətirdiyindən raketlərin istehsalı üçün xüsusi əhəmiyyət daşıyır.

Məhdudiyyətin əsas səbəbi Fransanın “ArianeGroup” şirkətidir. Karbonlaşdırılmış viskozanı Fransada istehsal edən şirkət onu ABŞ-a göndərir. Materialın sonrakı emalı isə Kanzas ştatındakı “Park Aerospace” müəssisəsində aparılır. “ArianeGroup” tədarük həcmlərini artırmaq imkanının məhdud olduğunu bildirib.

“Park Aerospace” şirkətinin baş direktoru Brayan Şor xəbərdarlıq edib ki, Fransa şirkətinə təzyiq göstərilməsi əməkdaşlığın dayandırılmasına səbəb ola bilər.

Nəşr qeyd edir ki, bu vəziyyət ABŞ-ın müdafiə sənayesindəki ciddi problemin göstəricisidir. Belə ki, təchizat zəncirində cəmi bir-iki komponentin çatışmaması bütöv istehsal prosesini dayandıra bilər. Üstəlik, bu komponentlərin bir çoxunun ABŞ-da yerli istehsalı ya yoxdur, ya da çox məhduddur.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm